Pensiya və sosial müavinət alanların sayı AÇIQLANDI 

2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, həmin şəxslərin 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub. 

“Əmək pensiyaları haqqında” qanunda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq bu ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. 

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. 

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.

Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olub. 

Eyni zamanda şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilib.

Bundan əlavə, 5472 nəfər bir yaşınadək uşağı olan 5338 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 304 şəxsə isə kompensasiya verilib.
Bu ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 22,9 min ailəyə 23,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər verilib. 

2023-cü il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib. 

Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

End of content

No more pages to load

RADİO