Qərbi Azərbaycan İcması Dünya Miyatoviçin açıqlamasını PİSLƏDİ 

Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçin 2023-cü il 28 avqust tarixli ədalətsiz açıqlamasını pisləyib. 

Bu barədə Bizim.Media-ya İcmadan məlumat verilib. 

İcmanın açıqlamasında vurğulanıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur: 

"Ermənistanın ən azı sözdə Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra bəzilərinin hələ də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsiz münasibət bəsləməsi bir sıra suallar doğurur. Komissarı gələcəkdə “Azərbaycanın Qarabağ bölgəsi” ifadəsindən istifadə etməyə çağırırıq. 

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra daim Ermənistan işğalının humanitar, insan hüquqları ilə bağlı fəsadlarını təşkilatda qaldırır, lakin hər dəfə “Biz siyasi təşkilat deyilik, bu kimi məsələlərə qarışmırıq” kimi standart, qəbuledilməz cavablar alırdı. Bəs indi Azərbaycan öz ərazilərini azad etdikdən sonra nə üçün eyni təşkilat və eyni rəsmilər artıq tamamilə fərqli mövqedən çıxış edirlər?! 

2018-ci ildən komissar olan Dünya Miyatoviç nə üçün bircə dəfə Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə, 1 milyon azərbaycanlının qovulması ilə bağlı narahatlığını ifadə etməmişdir? 
Azad edilmiş ərazilərdə bir-birinin ardınca kütləvi məzarlıqlar aşkar olunur. Kütləvi məzarlıqlarda aşkar edilmiş insan qalıqları əsasında 30 ildən sonra kimliyi müəyyən edilmiş bir neçə Azərbaycan hərbçisi bu günlərdə dəfn edilib. Kütləvi məzarlıq bir anlayış olaraq özündə insan hüquqlarının kobud şəkildə pozulmasını ehtiva edir. Niyə bu məsələyə dair narahatlığınızı ifadə etmirsiniz?Qarşıdan 30 avqust-beynəlxalq itkin düşmüş şəxslər günü gəlir. Bəlkə Ermənistanı kütləvi məzarlıqların koordinatlarını Azərbaycana təqdim etməyə çağırasınız? 

2020-ci ildən bəri 300-dən çox azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub. Bəs bunlara siz komissar kimi nə vaxt münasibət bildirəcəksiniz? 

Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycanın Qarabağ bölgəsinə yox, qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən Ermənistana səfər etməlidir. Bəlkə qərbi azərbaycanlıların dağıdılmış məscidləri, qəbristanlıqları ziyarət etməsinə imkan yaratmaq üçün Ermənistana çağırış edəsiniz? 

Qərbi Azərbaycan İcması komissarı ikili standartların əsiri olmamağa və özünün müstəqilliyini qorumağa çağırır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

End of content

No more pages to load

RADİO