İl sonuna qədər maaşlar və pensiyalar ARTIRILACAQ?

“Bildiyimiz kimi, 2022-ci ilin əvvəlində indeksasiya oldu və həm minimum əmək haqları, həm də digər istiqamətlər üzrə bütün gəlirlər artdı. Bu baxımdan da əhalinin gəlirlərinin qorunması istiqamətində müəyyən işlərin aparılması davam edəcək”. 

Bu sözləri Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimli qeyd etdi ki, bununla belə, əgər inflyasiya faizləri aşağı salınmasa, bir sıra çətinliklərin yaşanması qaçınılmaz olacaq: 
 

MÖVZU İLƏ BAĞLI:

Özəl pensiya fondu YARADILARSA... – “Təqaüdçü ayda 500 deyil, 800 manat alacaq”


“Yaxşı olardı ki, əmək haqlarının və pensiyaların artılması məsələsinə yenidən baxılsın. Əgər bu artımlar olarsa, əhali inflyasiyadan az əziyyət çəkəcək”.

Onun sözlərinə görə, cari ilin birinci yarısında dövlət büdcəsində 3 milyard manatlıq profisit yaranıb: 

“Bu ilin sonuna qədər büdcədə eyni artımın olması gözlənilir. Burada həm neft gəlirlərinin artmasının təsirləri var, həm də qeyri-neft sektorunda və vergi daxilolmalarıın həcmində artımlar baş verir. Buna görə də büdcə dürüstləşməsi aparıldı və müxtəlif istiqamətlər üzrə, əsasən də Qarabağın bərpası və müdafiəsi sahələri, eləcə də müəyyən sosial sahələr üzrə əlavə vəsaitlər ayrıldı”. 

Hazırda ölkədə infilyasiyanın ikirəqəmli həddə olduğunu deyən ekspertin sözlərinə görə, bütün proqnozlara rəğmən, bunun birrəqəmli həddə endirilməsi hələlik heç bir nəticə vermir: 

“Halbuki, bu istiqamətdə müəyyən işlər aparılır. Bu da təbii olaraq, əhalinin gəlirlərinə mənfi təsir edir. Düşünürəm ki, əgər ilin sonuna qədər dövlət büdcəsində profisid davam edərsə, əmək haqlarının və pesniyaların artmasına baxıla bilər. 

Bütün deyilənlərlə yanaşı müsahibimiz belə düşünür ki, məvaciblərin artırılmasına bir qədər ehtiyatla yanaşmaq lazımdır:

“Ona görə ki, ötən il böyük faizli inflyasiya dövrünü yaşadıq. Yanvar ayında əmək haqqı və pensiyaların artımı da inflyasiyanı sürətləndirdi. Bu baxımdanda belə artımlar inflyasiyaya səbəb olur. Əgər inflyasiya gözlənilən və proqnozlaşdırılan həddə olarsa, o zaman bur artımları etmək daha məqsədə uyğun olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirdi ki, dövlət büdcəsinə yenidən baxılması və dürüstləşmənin aparılması “Büdcə sistemi haqqında” qanuna əsasən həyata keçirilir. 

“2023-cü ilin dövlət büdcəsi”nə bir neçə ay əvvəl  baxıldığını xatırladan deputat əhalinin gəlirlərində də artımların həyata keçirildiyini söyləyib:

“Cari ilin I yarısında keçirilən yaz sessiyasında “2023-cü ilin dövlət büdcəsi”nə yenidən baxıldı, həm gəlirlərində, həm də xərclərində artımlar nəzərdə tutuldu. Buna görə də hələlik büdcəyə ikinci dəfə baxılması ilə bağlı Milli Məclisə hər hansı bir layihə təqdim olunmayıb, hətta hansısa deputata bununla bağlı məlumat verilməyib. Buna görə də növbəti dövrdə büdcəyə yeni dəyişikliklərin edilib və ya edilməyəcəyi ilə bağlı hansısa fikir söyləmək mümkün deyil”. 

Deputat bununla belə, büdcədə nəzərdə tutulmuş bütün xərclərin icrasında hansısa bir çətinlik və problemin olmadığını diqqətə çatdırıb:

“Maliyyə Nazirliyinin büdcə icrası ilə bağlı mütəmadi yaydığı hesabatları da göstərir ki, dürüstləşmədən sonra xərc artımları mövcud daxilolmaların hesabına həyata keçiriləcək. Bununla bağlı hansısa yubanma və ya çətinliyin olacağı gözlənilmir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

End of content

No more pages to load

RADİO