ABŞ Azərbaycana qarşı İrana 6 milyard dollar AYIRIB? – SENSASİON İDDİA 

Misirli jurnalist Sabir Məşhur sensasion iddia ilə çıxış edib. O bildirib ki, ABŞ terrorçu dövlət saydığı İrana 6 milyard dollar yardım ayırıb:

“Ağ Ev bu ödəməni rəsmi bir ittifaqla etdiyini elan etdi. Təbii ki, Birləşmiş Ştatlar bu vəsaiti özü ödəməyəcək. Pullar Cənubi Koreya bankları tərəfindən veriləcək. Amerika Cənubi Koreyadan İrandakı terrorçu dediyi molla rejiminə 6 milyard dollar ödəməsini tələb edib. Bu milyard dollarlar körfəz ölkələrini, islam aləmini, Türkiyə, Azərbaycan və Pakistanı zəiflətmək üçün istifadə ediləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

İran bu ölkəyə gələn Azərbaycan vətəndaşınlarına potensial casus kimi baxır - BƏYANAT


Misirli jurnalistin bu fikirləri bir qədər sensasion görünsə də həqiqətdən heç də uzaq deyil. 

Çünki, ABŞ-la İran “mehriban düşmən”dir. 40 ildir ki, Qərb İranı özünə düşmən elan edib. Lakin, bu düşmən dövlətin dağılmasına heç zaman cəhd göstərməyib. Sadəcə rejimin dəyişməsinə çalışıb və bu gün də həmin siyasət davam etdirilir. 

Nəzərə alaq ki, son 40 ildə çox sular axıb, durulub. SSRİ kimi bir imperiya dağılıb. “Ərəb baharı” adı altında bir sıra dövlətlərdə çevrilişlər edilib, sonu görünməyən münaqişələrə yol açılıb. Təbii ki, bu dəhşətli layihələrin arxasında ABŞ dayanıb. Ağ Evin layihələri əsasında İraq, Liviya, Suriya və Əfqanıstan xarabazarlığa çevrilib. Halbuki, bu dövlətlərin heç biri ABŞ-ın “düşmən dövlət” siyahısına salınmayıb. Di gəl ki, bu ölkələr bu gün İrandan daha ağır cəzalara məhkum edilib. 

Lakin, İran bölgədə “at oynadır”. Məsələn, 1971-ci ildə Böyük Britaniya Fars körfəzindən geri çəkiləndə burdakı ağalığını bir növ İrana ötürdü.

Və 50 ildən artıqdır ki, İran Fars körfəzində, daha dəqiq desək Hörmüz boğazında hər şeyə nəzarət edir. Nəzərə alaq ki, dünyanın karbohidrogen ehtiyatların 40 faizi bu boğaz vasitəsi ilə daşınır. Əgər dünyanın neft-qaz bazarına nəzarət dolayısı ilə İranın əlindədirsə, onda İran sanksiyalardan necə əziyyət çəkə bilər?! 

Üstəlik, İranın neft-qaz ehtiyatlarının dünya bazarına çıxarmasında heç bir qadağa yoxdur. Sadəcə limit var. Və bəlkə də bu limit gizli sövdələşmənin məhsludur. Belə olmasa idi molla-fars rejimi müsəlman ölkələrinə qarşı yox, Qərbə qarşı cəbhə açardı. Amma ABŞ və Avropa dövlətləri ilə İran arasında yalnız söz savaşı gedir. Və bu minvalla bu söz savaşı Qərbin maraqları çərçivəsində hələ uzun illər davam edəcək.

Kərbala yolu

Maraqlıdır ki, 2000-ci illərin əvvəllərində Qərb ölkələrinin orduları İraqa daxil olanda İran üçün xüsusi dəhliz saxlandı. Fars-molla rejmi 20 ildən artıqdır ki, Kərbəlaya təhlükəsiz şəkildə gedib-gəlir. Və buradan islam ölkələrinə təriqətçilik nifaqı saçır. Bundan başqa İranın birbaşa dəstəklədiyi “Hizbullah” terror təşkilatının müsəlman ölkələrindəki fəaliyyətinə Qərb hər zaman yaşıl işıq yandırıb. Maraqlıdır ki, digər radikal dini qruplaşmalardan fərqli olaraq“Hizbullah” ancaq müsəlman ölkələrində “mübarizə aparır”. Bu terror təşkilatı Avropya getsə də orda ancaq müsəlmanlara qarşı təxribatlar törədir. 

Rusiya ilə İrana tətbiq edilən sanksiyalardakı keyfiyyət fərqi

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar İrana qaşı yönəlik sanksiyalardan çox-çox ağırdır. Qərbin sanksiyalarından hər bir Rusiya vətəndaşı zərər görür, əziyyət çəkir. Qərbin Rusiyaya sanksiyaları bir çox hallarda insanlığa sığmayan səviyyəyə qalxır. Məsələn, Rusiyanın incəsənət adamları, idmançıları bir yana əlil paraolimpiyaçılarına Rusiyadan çıxışa qadağa tətbiq edilib. Amma İranın incəsənət adamları, idmançılarına qarşı heç bir qadağa qoyulmayıb. Bu da onu göstərir ki, Qərbin İrana qarşı sanksiyaları gözdən pərdə asmaq üçündür. 

İrana özəl münasibətin arxasında nə dayanır?

Məlum olduğu kimi müasir İran anqlo-saksonlarla Vatikanın birgə layihəsi əsasında yaradılıb. İran dövlətinin yaradılmasında məqsəd islam və türk dünyasında yarana biləcək birliyə əngəl olmaqdır. Təsadüfi deyil ki, molla-fars rejimi hazırda 22 ərəb ölkəsinin heç biri ilə normal münasibətdə deyil. 6 türk dövləti ilə də “soyuq müharibə” şəraitindədir. Əfqanıstan və Pakistanla münsaibətsə göz önündədir. 

Rəsmi Tehranın siyasi bəyanatlarının və ali rəhbərin çağırışlarının 90 faizi islam ölkələri və türk dünyasına qarşıdır. Bir sıra regional məsələrdə, məsələn Türkiyəyə, Azərbaycana, Pakistana və digər ölkələrə münasibətdə Qərblə İran bir qayda olaraq eyni mövqedən çıxış edir. 

40 ildir ki, İran Pakistanı özünə düşmən elan edib. Səbəbsə çox sadədir. Rəsmi İslamabadın xarici siyasəti hər zaman Türkiyə yönümlü olub. Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqilliyini ilk tanıyan 3 ölkədən biri Pakistandır. Və bu 2 səbəbə görə İran Azərbaycan və Türkiyə ilə yanaşı Pakistanı özünün əsas düşmənləri elan edib. 

Bu ideyanın arxasında isə anqlo-saksonlar və Vatikan dayanır. 

Çünki, Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün birgə fəaliyyəti regionda yeni siyasi mənzərə yaradır. Bu mənzərə isə ABŞ-ın heç də ürəyincə deyil. Rusiyanı sıradan çıxartmaqda olan ABŞ regionda yeni supergücün yaranmasına heç cür razı ola bilməz. Üzdə isə ABŞ həm Azərbaycanla, həm Türkiyə, həm də Pakistanla strateji tərəfdaşdır. Amma bağlı qapılar arxasında başqa proseslər gedir. Gizlin və çirkin oyunlarda isə ən yaxşı icraçı molla-fars rejimidir.

Bu mənada misirli jurnalist Sabir Məşhurun səsləndirdiyi fikirlər nə qədər sensasion olsa da yeni deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

End of content

No more pages to load

RADİO