SOCAR AQŞ Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə İMZALADI 

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-nin törəmə şirkəti “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə), Türkiyə Respublikasının dövlət neft şirkəti olan Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzaladığını elan edir.  

Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərəcək. 

Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir. Sazişin ölkənin ümumi neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir. 

Bu əlamətdar hadisəni şərh edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib:

“SOCAR AQŞ Türkiyə öz zəngin təcrübəsindən və müasir texnologiyalardan istifadə edərək, layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstərməyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub.” 

“SOCAR AQŞ Türkiyə və TPAO arasında olan bu tərəfdaşlıq, regionun enerji sənayesinin inkişafını dəstəkləmək üçün qarşılıqlı öhdəliyi vurğulayır. Biz texniki təcrübəmizdən istifadə etməyi və hər iki tərəfə uğur gətirəcək uzunmüddətli əlaqələri inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - SOCAR AQŞ Türkiyə üzrə menecer Famil Xələfov əlavə edib. 
SOCAR AQŞ innovativ texnologiyaları və peşəkar işçi qüvvəsi ilə müştərilərin gözləntilərini mütəmadi olaraq qarşılayaraq etibarlı xidmət təminatçısı kimi nüfuz qazanmışdır. Şirkət həm mövcud, həm də potensial layihələr üçün təhlükəsiz və səmərəli nəticələr təqdim etmək öhdəliyinə sadiq qalaraq, TPAO-nun gələcək səyləri üçün etibarlı tərəfdaş olacaq. 

SOCAR AQŞ haqqında: 

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir. 

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir.

SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. 

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir. 

Daha ətraflı: //www.socar-aqs.com/az/ 

SOCAR AQŞ Türkiyə haqqında: 

SOCAR AQŞ Türkiyə 2019-cu ildə SOCAR AQŞ-nin törəmə müəssisəsi kimi təsis edilib. Şirkət eyni il Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üzrə China CAMC Engineering Co., Ltd-IC İctas Construction Industries & Trade Inc. JV ilə qazma müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyə, Türkiyənin Aksaray rayonunun Tuz Gölü bölgəsində 40 quyu qazaraq təhvil verib. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün böyük əhəmiyyət kəsb edir və SOCAR AQŞ Türkiyə bu mühüm missiyanın uğurla həyata keçirilməsinə töhfə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO