Tikinti materialları ucuzlaşıb? - Bazardakı son qiymətlər AÇIQLANDI

“Bu il Azərbaycanın tikinti materialları bazarında qiymətlər ötən illə müqayisədə xeyli aşağı düşüb. Bu bazarın strukturu elədir ki, qiymətlər hər an dəyişə bilir. Birdən elə olur ki, taxta materiallarının idxalı müəyyən dövr ərzində dayanır, qiymətlər bahalaşır. Yaxud bazara o qədər material daxil olur ki, bu da qiymətləri ucuzlaşdırır”.  

Bu sözləri Bizim.Media-ya açıqlayan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə bildirdi ki, cari il ərzində bir neçə dəfə taxta materialları qiymətlərinin qalxıb-enməsi müşahidə olundu:
 

MÖVZU İLƏ BAĞLI:

Tikintidə təhlükəsizliklə bağlı yeni dövlət standartları qəbul edildi 


“Rusiya - Ukrayna müharibəsi başlayandan sonra bir müddət hər iki ölkədən tikinti materialların idxalı mümkün olmadı. Rusiyaya tətbiq olunan sanksiyalar isə bu vəziyyəti daha da gərginləşdirdi.

Ancaq sonra başqa yolla problem aradan qalxdı və yenidən ölkəyə tikinti materialları daxil olmağa başladı. Ötən il bir kub-metri 450 manat  olan taxtanın  qiyməti hazırda  280 -250 manata qədər ucuzlaşıb. Xaricdən idxal olunan materiallarda qiymətləri tənzimləmək olmur, yəni birdən-birə ya kəskin ucuzlaşır, ya da bahalaşır. Ancaq yerli materiallarda ötən illə müqayisədə cüzi bahalaşma müşahidə olunur”. 

Onun sözlərinə görə, cari ilin yanvar ayının 1-dən əmək haqlarının artırılması iş və xidmət sahələrində də bahalaşmaya səbəb oldu:

“Bu da tikinti və əmlak bazarına öz təsirini göstərdi. Bununla belə, qiymətləri bazar diqtə edir. Müəyyən qədər bolluq yaranan zaman satıcılar materialları maya dəyərindən də aşağı qiymətə satmağa məcbur olurlar. Bu il həm də bazarda əvvəlki illərlə nisbətdə bir qədər alıcı qıtlığı hiss olundu. Ona görə ki, qiymətlər ucuzdur”. 

Ekspert bildirdi ki,  2022-ci illə nisbətdə, bu il daxili istehsal olan sement, qum və şeben  xeyli bahalaşdı:

“Markasından, çəkisindən və digər parametrlərindən asılı olaraq ötən il sementin 1 kiloqramı 4.80-5.80 manat arasında idisə, bu il 6.50-7.10 manat arasında satılır.

Bu il qum və şebenin dasınması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olundu. Əgər keçən il bu materialların kub-metri 14-18 manat idisə, bu il 24 manata qədər qalxdı”. 

Müsahibimiz qeyd etdi ki, əsasən Rusiyadan idxal olunan dəmir məmulatları xeyli ucuzlaşıb: 

“Bu da onunla bağlıdır ki, ölkəmizdə də istehsal olunan bu materialların maya dəyəri ucuz başa gəldiyi üçün, idxalın qiymətində endirimlər edildi”. 

Daxili istehsal olan dam örtükləri və kirəmitlərdə  qiymətlər əsasən stabil olduğunu deyən ekspertin sözlərinə görə, bəzən çox cüzi bahalaşma baş verir:

“Bu məhsulla bağlı hazırda bazarda böyük rəqabət var. Yüksək qiymət əsasən Türkiyə, Finladiya və bəzi Avropa ölkələrindən gətirilən örtüklərdə hiss olunur. 

Artıq yerli məhsul bazarda özünə yer etməyə başlayıb, hətta böyük paya malik olub. 1 kv-metrlik dam örtüyünün qiyməti təxminən 6-7 manata təklif olunur. Bu qiymət bəzən 4 manata qədər düşə bilir. Xarici məhsullar isə bir qədər bahadır, yəni 10-12 manata qədərdir.
Ən bahalı örtüklər isə Finlandiya istehsalı olan dam örtüklərində müşahidə olunur.  Qiymətlər əsasən millimetrə görə dəyişir, yəni  0.21mm-dən 0,50 mm, hətta 100 mm-ə qədər dam örtükləri var. Ən qalın örtüklər isə 0.38-0.45 mm olmalıdır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO