Azərbaycan-Özbəkistan biznes forumu keçirilib, sənədlər imzalanıb - FOTO 

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes forumunda ölkələrimiz arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. 

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb.
Qeyd olunub ki, imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə möhkəm ikitərəfli hüquqi baza yaradır.

Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı investisiyaların stimullaşdırılmasına, ölkələrimizin regionları və işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Qarşılıqlı münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə
təşəbbüslərin intensivləşməsi əhəmiyyət kəsb edir. 

Tədbirdə ölkələrimizin biznes qurumlarının tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klasterinin yaradılması sahəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Perspektivli sahələrdən biri də nəqliyyatdır. Bu baxımdan, ölkələrimizin Orta Dəhliz çərçivəsində tərəfdaşlığı böyük potensiala malikdir. 
Biznes forumda Azərbaycanın əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, azad edilmiş ərazilərimizin yenidən qurulmasında iştiraka görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.

Özbəkistan şirkətləri ilə sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. 

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov qeyd edib ki, dövlət başçılarımızın strateji yanaşmaları ortaq tarixi köklərə və dəyərlərə malik olan ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etməsinə mühüm töhfə verir, Azərbaycanla iqtisadi-ticarət tərəfdaşlığı güclənir.

Bildirilib ki, əməkdaşlığın genişlənməsi fonunda sahibkarlar arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası önəm kəsb edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti Özbəkistan sahibkarları üçün cəlbedicidir və tərəfdaşlıq stimulunu artırır. 

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktoru Murat Mirzayev Azərbaycan və Özbəkistanın, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov azad iqtisadi zonanın investisiya və ticarət imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov biznes əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların cəlb edilməsi ilə işgüzar şura yaradılması barədə fikirlərini bildirib. “Uzbektekstilprom” Assosiasiyasının rəhbəri İlxom Haydarov qurumun fəaliyyəti və Azərbaycanda birgə həyata keçirilən layihələr barədə məlumat verib. 

Biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan qurumları arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. 

Tədbir B2B formatında görüşlərlə davam etdirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO