Xarici şirkətlər Qarabağda “yaşıl enerji”yə investisiya yatırmaqda maraqlıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinə investisiya yatırmaqda maraqlıdırlar. 

Bizim.Media xəbər verir ki, bu barədə  Energetika Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bu barədə “yaşıl enerji” sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib. 

Səfər Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə baş tutub. 

Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib. 

Bildirilir ki, Azərbaycan Prezidentinin müvafiq göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində tədbirlər davam etdirilir. 

"Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir", - nazirlik qeyd edib. 

Səfər çərçivəsində əvvəlcə Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib.

Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb. 
Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib.

Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır. 

Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran xalqına Novruz mesajı göndərdi

Putin İran xalqına Novruz mesajı göndərdi

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

End of content

No more pages to load

RADİO