Düyünün qiyməti BAHALAŞACAQ 

Xəbər verdiyimiz kimi dünyanın bir sıra düyü istehsalçısı olan ölkələri düyü ixracını dayandırıb.

Belə ki, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin ardınca Rusiya da düyü ixracını dayandırıb. Düyü ixracının azalmasına isə istehsalın azalması səbəb olub. Hazırda dünyanın ən böyük düyü istehsalçısı olan Hindistanın daxili bazarında düyünün qiyməti artıq 20%-dən çox bahalaşıb. 

Bəs, bu qadağalar ölkəmizin düyü bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, dünyanın bütün istehsalçı ölkələrində düyü qıtlığı müşahidə edilir:

“Bu da həmin ölkələrdə məhsuldarlığın aşağı düşməsi ilə bağlıdır. Hazırda dünyada məhsuldarlıq təxminən 9 milyon ton azalıb. Bu qədər böyük kəsirin yaranması təbii ki, düyü qıtlığına səbəb olub. Ona görə də dünyanın ən böyük düyü istehsal edən ölkələri ixracı dayandırmağa başlayıb. 

Bu qadağaların ölkəmizə təsirlərinin həcmini indidən tam dəqiqliklə  söyləmək çətindir. Çünki ölkəmizə idxal edilən düyü ƏDV-dən azaddır. Hökümətin bu qərarı 2027-ci ilə qədər qüvvədədir. Lakin, bütün hallarda mövcud qadağalar qiymətə öz təsirini göstərəcək. 
Əvvəllər düyü əsasən Hindistandan idxal edilirdi. Lakin, Pakistan tədricən idxaldakı payını artırmaqdadır. Hindistanın ixrac qadağasından sonra yəqin ki, Pakistanın payı daha da artacaq.

Lakin, dünyada baş verən proseslər bütün hallarda ölkəmizdə düyünün qiymətini artıracaq. Və yaxın zamanlarda biz bazarda yeni qiymətləri görəcəyik”.

Akif Nəsirli yerli düyü istehsalından da danışıb:

“Azərbaycanda da çəltikçilik var. Lakin subyektiv səbəblər üzündən bu sahə heç də uğurla inkişaf etmir. Baxmayaraq ki, hökümət çəltiyin hər hektarının becərilməsinə görə 360 manat subsidiya ayırıb.

Lakin təcrübə göstərir ki, subsidiya o qədər də səmərə vermir. Çünki, fermer 360 manatın təxminən 270 manatını demək olar ki, istifadə edə bilmir. Bu da mövcud qaydalarla bağlıdır. 

270 manatdan fermer daha çox texniki dəstək kimi istifadə etməlidir. Amma hər fermerin də bunu etməyə vaxtı və imkanı olmur. Bununla belə rəsmi statistika göstərir ki, ötən il 10 min hektar ərazidə çəltik əkini aparılıb. Və hektardan 40 sentner məhsul əldə edilib.
Bu hesabla da guya Azərbaycan öz düyü ehtiyacını daxili istehsal hesabına ödəyir. Halbuki, bu gün bütün ticarət şəbəkələrində idxal edilmiş düyülər satılır. Reallıq odur ki, yerli istehsal daxili tələbatın yalnız 30 faizini ödəyir. Ona görə də qiymət artımı qaçılmazdır”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

End of content

No more pages to load

RADİO