“Azərbaycan Qazaxıstana gəmi tədarükündə maraqlıdır” - Mikayıl Cabbarov

Azərbaycan Qazaxıstan istehsalı olan dəmir yolu lokomotivlərinin Azərbaycana tədarükü və Azərbaycan gəmilərinin Qazaxıstana tədarükü layihələrinin qısa zamanda həyata keçirilməsində maraqlıdır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşündə deyib.

Söhbət zamanı nazir Orta Dəhlizin rəqəmsallaşdırılmasının və nəqliyyat-logistika sahəsində “vahid pəncərə” sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

M.Cabbarov hazırkı geoiqtisadi vəziyyətdə ölkəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığının sürətləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri də öz növbəsində Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldiyini bildirib.

A. Bayel qeyd edib ki, dövlət başçılarının 2022 və 2023-cü illərdəki qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulduğunu göstərir.

Diplomat Qazaxıstanın Baş naziri Əlixan Smailovun iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldar olduğunu, bunun nəticəsində 11 birgə sənədin imzalandığını vurğulayıb.

Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları administrasiyaları tərəfindən birgə müəssisənin yaradılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi üzrə birgə müəssisənin yaradılmasına dair, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin həcminin artması ilə bağlı sənədlərə xüsusi əhəmiyyət verilir.

Qeyd edək ki, Qazaxıstan Azərbaycana dəyəri 300 milyon ABŞ dollarından çox olan 100 adda əmtəə ixracını artırmağa və ikitərəfli ticarət dövriyyəsinin həcmini 1 milyard ABŞ dollarına çatdırmağa hazırdır.

2023-cü ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 50 % - 162,5 milyon ABŞ dollarından 243,6 milyon ABŞ dollarına qədər artıb.

2023-cü ilin əvvəlindən Orta Dəhliz üzrə ticarət dövriyyəsi 64 % artaraq 1 milyon tonu ötüb.

Keçən ay iki ölkə qarşılıqlı aviareyslərin sayının həftədə 32-dən 42-yə yüksəldiyini də açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Bu telefon modelini istifadə etmək təhlükəlidir

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Tramp İranla müharibəni dayandırmaq İSTƏYİR

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

Röyanın Gürcüstan konserti bu səbəbdən təxirə düşdü - VİDEO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

21 yaşlı futbolçunu iş adamının oğlu öldürüb? - FOTO

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

Səhər yuxudan oyanan kimi bunu edin — Sağlam qalmaq üçün

“Napoli” səfərdə qalib gəldi - VİDEO

“Napoli” səfərdə qalib gəldi - VİDEO

Xərçəngin müalicəsində YENİ KƏŞF

Xərçəngin müalicəsində YENİ KƏŞF

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Ukrayna vətəndaşlarının Avropa İttifaqı ölkələrinə girişi ÖDƏNİŞLİ olacaq

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Gəncədə PARTLAYIŞ - Xəsarət alan var

Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

BYD-ni 200-lə sürüb telefona çəkdi - ANBAAN VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

“Mançester Yunayted” səfərdə xal itirdi - VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

Bakıda 80 yaşlı qadın maşınla qəbirləri dağıtdı — VİDEO

ABŞ-nin məşhur aktyoru vəfat etdi

ABŞ-nin məşhur aktyoru vəfat etdi

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Bağdadda Mərakeş səfirliyinin yaxınlığında PUA vurulub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Ukrayna Rusiyaya məxsus vertolyotu vurub

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Nadir Qafarzadə nəvələri ilə - FOTO

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Başımız niyə ağrıyır? Təbabət bu suala hələ də cavab axtarır

Rui Jorjenin köməkçisi kim olacaq?

Rui Jorjenin köməkçisi kim olacaq?

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

Evlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

“Kimsə başqasının övladını incitməsin” - FOTOLAR

Bölgələrdə hava necədir?

Bölgələrdə hava necədir?

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibin dəfn mərasimi keçirilir - VİDEO

End of content

No more pages to load

RADİO