Taksi şirkətləri gediş haqlarını ARTIRDI – Hansı daha sərfəlidir? – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu gündən etibarən “Bolt”, “Uber” və “Yango” taksi şirkətləri qısa məsafələr üçün qiymətləri artırıb. Buna görə də artıq müştərilə qısa məsafə gedişlərində minimal olaraq 2,50 manat ödəməli olacaqlar.

Bizim.Media məsələnin aktuallığını nəzərə alaraq, adıçəkilən şirkətlərin məsafəyə görə qiymətləri nə qədər artırması ilə bağlı araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Bolt", "Uber" və "Yango" qiymətləri ARTIRDI - DETALLAR


“Bolt” yaxın məsafəyə 2.50 manat, uzaq məsafəyə isə 9.33 manata aparır 

Məsafəyə görə qiymətlərin nə qədər qalxdığını öyrənmək üçün əvvəlcə “Bolt” tətbiqində məsafələri yoxladıq. Ofisimizin yerləşdiyi Səməd Vurğun küçəsi 53, World Biznes Mərkəzi, 17/3 ünvanından əvvəlcə təxminən 1,4 km-lik məsafədəki 28 may metrostansiyasına germək üçün tələb olunan məbləği yoxladıq və aydın oldu ki, bu ünvana getmək üçün ekonom və “Bolt” taksilərinə 2.50 manat ödəmək lazımdır. 

Pik saatlarda isə bu dəyər 2.75 manatdan da yuxarı olur. “Bolt” taksiləri Gənclik və Elmlər Akademiyası metrostansiyasına və Bakı Dövlət Universitetinə 2.50 manatdan, Nizami, Nərimanov və Sahil metrosiyalarına, eləcə də H.Əliyev Mərkəzinə isə 2.75 manatdan aparır.  

Ondan yuxarı məsafələrə isə şirkətin taksiləri 3.25 manatdan da yuxarı qiymətə aparırlar. Belə ki, Heydər Əliyev prospektində yerləşən “Baku City Rezidence” otelinə getmək üçün həm “ekonom”, həm də “Bolt” taksilərinə 3.36 manat, “Komfort” taksiyə isə 5,50 manat ödəməliyik. “Koroğlu” metrostansiyasına getmək üçün “ekonom” və “Bolt” taksiləri 3.31 manat, “komfort” isə 5.40 manat tələb edirlər.

Həm “ekonom”, həm də “Bolt” taksiləri ilə Bakı Beynəlxalq Avtovağzalına getmək üçün 4.45 manat. “Komfort” taksi ilə isə 6,60 manat tələb olunur.  

Mehdiabad qəsəbəsinin Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün şirkətin ekonom və “Bolt” taksilər 7,26 manat istəyirlər.

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçün 3.60 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 3.96 manat, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün 4,56 manat ödəmək lazımdır.

Heydər Əliyev Hava Limanına isə “ekonom” taksiləri ilə getmək 9,33 manata, “Komfort” taksiləri ilə getmək  14,40 manata, “Bussines” xidmətindən yararlanmaq isə 21.40 manata başa gələcək.

“Uber” taksilərinin qiyməti 2.50-6.30 manat arasında dəyişir

Araşdırma apardığımız növbəti tətbiq “Uber” taksi şirkətinə aiddir. Bu tətbiqlə World Biznes Mərkəzinən 28 May metrostansiyasına getmək üçün taksi sifarişini yoxladıq və bəlli oldu ki, bunun üçün 2.50 manat tələb olunur. 

Gənclik, Nizami, Sahil və Elmlər Akademiyası metrostansiyalarına, eləcə də Bakı Dövlət Universitetinə getmək üçün 2.50 manat, H.Əliyev Mərkəzinə və Heydər Əliyev prospektində yerləşən “Baku City Rezidence” otelinə və Nəriman Nərimanov metrosuna isə 2,7 manat ödəmək tələb olunur.  

Bakı Beynəlxalq Avtovağzalına getmək üçün isə 2,80 manat ödəmək lazımdır. “Koroğlu” metrostansiyası üçün də eyni ödəniş istənilir. Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün sifarişi yoxladıq və aydın oldu ki, bu ünvan üçün müştərilərdən 6.10 manat istənilir. Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçünsə 2.70 manatdan keçmək lazımdır. Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün taksi sürücüsünə 3.50 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 3.40 manat  ödəməliyik. 

Heydər Əliyev Hava Limanına bu şirkətin taksisi ilə getmək üçün müştəriyə 6,30 manat lazımdır.

“Yango” üçün yaxına 2.50 manat, uzağa getmək üçün isə 14.80 manat ödəməliyik
Araşdırma apardığımız üçüncü tətbiq isə “Yango” şirkətinə məxsusdur. Şirkətin taksiləri ilə ən yaxın məsafəyə - 28 may metrostansiyasına getmək üçün 2.50 manat, Nizami küçəsi – 23 ünvanında yerləşən Təzəpir Məscidinə getmək üçünsə 2.50 manat ödəmək lazım gələcək. 

Gənclik, Nizami, Sahil və Elmlər Akademiyası metrostansiyalarına, eləcə də Bakı Dövlət Universitetinə getmək üçün də 2.50 manatınızdan keçməlisiniz.  H.Əliyev Mərkəzinə 2,70 manatdan, “Baku City Rezidence” otelinə 3,0 manatdan, Nəriman Nərimanov metrosuna isə 2,6 manatdan getmək lazımdır.  

Bakı Beynəlxalq Avtovağzalına və Koroğlu metrostansiyasına gemək üçün 2.80 manat, Rəsulzadə qəsəbəsinə getmək üçün də 2.80 manat istənilir. Ancaq Mehdiabad qəsəbəsinin Şeyx Məhəmməd Xiyabani küçəsi 46 - C ünvanına getmək üçün 8,0 manat ödəniş olunmalıdır.

Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi - 30 ünvanına getmək üçünsə taksiyə 2.70 manat verəcəksiniz. Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsinə getmək üçün 3.90 manat, Binəqədi qəsəbəsi, 10 May küçəsi – 115 ünvanına getmək üçünsə 4.40 manat ödəməliyik.
Heydər Əliyev Hava Limanına bu şirkətin “ekonom” taksiləri ilə getmək 5.80 manata, “Komfort” taksiləri ilə getmək 9,10 manata, “Bussines” xidmətindən yararlanmaq isə 14,40 manata başa gələcək.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

End of content

No more pages to load

RADİO