Fermerlər üçün Aqrar Sənaye Bankı yaradıla bilərmi? – Deputat və ekspertdən TƏZADLI MÖVQE

Uzun müddətdir ki, aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarlar tərəfindən hökumət qarşısında Aqrar Sənaye Bankının yaranması ilə bağlı tələblər və təkliflər irəli sürülür.

Düşünürlər ki, əgər bu bank yaradılarsa, sərfəli şərtlərlə kredit götürəcək və daha çox yüksək keyfiyyətli məhsul yetişdirə biləcəklər. Bu da aqrar sahənin inkişafına müəyyən təsir göstərəcək. 

Hətta ötən il bir neçə deputat belə bir bankın yaradılmasının və bu məsələnin parlamentdə müzakirə olunmasının məqsədəuyğun olduğunu bildirdilər. Ancaq bir ildən çox vaxt keçsə də, hələ də heç bir nəticə yoxdur. Üstəlik məsələnin parlamentdə müzakirə olunmasını da görmədik. 

Bəs, belə bir bankın yaradılması mümkündürmü? Əgər yaradılarsa, kənd təsərrüfatının inkişafına və iqtisadiyyata necə təsir göstərəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev, bu gün belə bir bankın yaradılmasına ehtiyacın olmadığını diqqətə çatdırıb:

“Ona yeni bir status vermək, fəaliyyət göstərməsi üçün şərait yaratmaq üçün uzun müddət lazımdır”.

Deputat fikrini belə əsaslandırıb ki, bu gün ölkədə 24 aparıcı və dayanıqlı bank fəaliyyət göstərir:

“Onların hər birinə istənilən formada tapşırmaq olar ki, aqrar sektorla, o cümlədən fermerlərin kreditləri ilə məşğul olsunlar. Əsas məsələ odur ki, kredit faizləri aşağı, məbləğ isə ən azı 15 min manatdan başlayaraq, 50 min manata qədər olsun və bu da fermerlərə müəyyən qədər kömək edə bilsin”. 

Müsahibimiz vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankının kredit siyasətində kifayət qədər müsbətyönümlü və innovativ dəyişikliklər edilib.

“Digər tərəfdən, onsuz da böyük şirkətlərin maliyyə imkanları genişdir. Kiçik və mikro sahibkarlara isə heç olmasa, 25-30 min manatlıq kömək olunsun ki, sonradan əlavə maliyyə ehtiyacları yaranmasın. Hətta onlara ödənilən vəsaitlər müqabilində tələb olunan girov məsələsi həll olunmalıdır. Bununla bağlı da dövlətin dəstəkverici qərarları var. Mərkəzi Bankın özü fermerlərə dəstək verən siyasət həyata keçirir”. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda aqrar kreditlər ən az verilən vəsaitlərə daxildir:

“Fermerlərin uzunmüddətli və aşağı faizli aqrar kreditlərə çıxışı demək olar ki, yoxdur. Riskli sahə olduğu üçün banklar da buna maraqlı deyillər. Bu da fermerlərə böyük problemlər yaradır. Məsələn, qardaş Türkiyədə Zirayət Bankı aqrar sahənin araşdırılması ilə məşğuldur və bu sahə ilə məşğul olan şəxslərə böyük güzəştlərlə kreditlər verir. Bu da son illərdə aqrar sektorun inkişaf etməsinə və ixracına dəstək verən amillərdən birinə çevrilib”. 

Ölkəmizdə belə bir bankın yaradılmasının texniki məsələ olduğunu söyləyən müsahibimiz qeyd edib ki, bu bank yaradılsa belə, hansı şərtlərlə kredit verəcəyi müzakirə olunmalıdır: 

“Əgər ayrıca bir bank açmaq istəmirlərsə, o zaman dövlətin əsas paya sahib olduğu banklarda ayrıca bir şöbə və ya departament aça bilərlər. Həmin şöbə və ya departament yeni kredit şərtlərini elan edə və fermerlərə dövlət dəstəyi əsasında kreditlər verə bilərlər. Əsas müzakirə olunmalı məsələ şərtlərlə bağlıdır. Əgər bu bank açılacaqsa və digər kommersiya bankları kimi eyni şərtlərlə kredit verəcəksə, onun fermerlərə heç bir xeyri olmayacaq. Kreditlərin hansı müddətə və hansı şərtlərlə veriləcəyi, neçə il müddətinə faizlərin tutulmayacağı müəyyən olunmalıdır”. 

Onun sözlərinə görə, elə sahələr var ki, ən azı 4-5 il məhsul vermir: 

“Tutaq ki, hansısa bir fermer çay kolu əkmək istəyir və yeni yaradılmış bu bankdan heç bir zəmanət, hətta daşınmaz əmlakın girovu olmadan 14-15 faizlə 4-5 il müddətinə kredit götürdü. Onun bu vəsaitlə çay kollarının yetişdirilməsi üçün həmin zamana ehtiyacı var. Əgər bank bu şərtlərə əməl etməsə və sahibkar həmin müddət ərzində də bu faizləri versə, tamamilə müflis olacaq. Bu kimi spesifik sahələrə verilən kreditlərdə heç olmasa, 4-5 il faiz hesablanmamalıdır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

End of content

No more pages to load

RADİO