Nazirlik fermerlərə MÜRACİƏT ETDİ 

Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağa ziyan dəyir, faydalı mikroorqanizmlər məhv olur. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məhsul istehsalçılarına müraciətində bildirilib.

Qeyd edilib ki, bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərinin ən vacib resurslarından biri hesab olunur.

Bu resurslarla düzgün və səmərəli davranmaqla torpağın münbitliyini artırmaq, eləcə də strukturunu, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür.

Günümüzün reallığıdır ki, ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə material və əmək xərcləri tələb etdiyindən bitki qalıqları “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yalnış təsəvvürlərə malikdir. Kövşənliyin və digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, həmçinin bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.
Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır.

Belə ki, kövşənliyi və ya samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.

Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir etməsinə gətirib çıxarır. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər.

Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Kövşənliyin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.

Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir.

Bu temperaturda torpağın 0-5 sm qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir.
Kövşənliyin yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri var. Bu isə kövşənliyin və ya samanın yandırılmayaraq torpaqda qalmasının iqtisadi baxımdan nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir. Sahənin yandırılması qida maddəsilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Bildiyimiz kimi, təbii torpaq biotası çox faydalılıq xüsusiyyətinə malikdirlər.

Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-dən 2000-nə qədər mənənə fərdini məhv edir.

Bitki qalıqlarının yandırılmasına dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilərin əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır.
Bu, su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə gətirib çıxarır.

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır. Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.

“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qadağan edilib.

Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.

İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda evdən meyit TAPILDI

Ağdaşda evdən meyit TAPILDI

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

Günəbaxan tumu kökəldir, yoxsa arıqladır - ARAŞDIRMA

Günəbaxan tumu kökəldir, yoxsa arıqladır - ARAŞDIRMA

Almaniyada insan bədənində toxumanı bərpa edən miniatür 3D printer HAZIRLANIR

Almaniyada insan bədənində toxumanı bərpa edən miniatür 3D printer HAZIRLANIR

“Avropa Rusiya ilə müharibəyə hazırlaşır” - Vuçiç TƏŞVİŞDƏDİR

“Avropa Rusiya ilə müharibəyə hazırlaşır” - Vuçiç TƏŞVİŞDƏDİR

Qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları - ANBAAN VİDEO

Qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları - ANBAAN VİDEO

Şahin Babayev VƏFAT ETDİ

Şahin Babayev VƏFAT ETDİ

Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür

Çinli astronavtlardan KƏŞF: İlk dəfə kosmosda ət bişirdilər - VİDEO

Çinli astronavtlardan KƏŞF: İlk dəfə kosmosda ət bişirdilər - VİDEO

"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla QALİB GƏLDİ

"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla QALİB GƏLDİ

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı DANIŞIQLAR APARIB

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı DANIŞIQLAR APARIB

Azərbaycanlı blogerin Rusiyada hesabları DONDURULDU

Azərbaycanlı blogerin Rusiyada hesabları DONDURULDU

SON DƏQİQƏ: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub

SON DƏQİQƏ: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub

Bissuma “Qalatasaray”a KEÇƏ BİLƏR

Bissuma “Qalatasaray”a KEÇƏ BİLƏR

Təyyarənin quyruğu niyə qopub? - VİDEO

Təyyarənin quyruğu niyə qopub? - VİDEO

İradədən qızına: “15 il əvvəl gəldin, bizi ailə etdin” - FOTO

İradədən qızına: “15 il əvvəl gəldin, bizi ailə etdin” - FOTO

Ceyhun Bayramov Hakan Fidana ZƏNG ETDİ: “Azərbaycan buna hazırdır”

Ceyhun Bayramov Hakan Fidana ZƏNG ETDİ: “Azərbaycan buna hazırdır”

Qəzaya uğrayan təyyarənin yeni görüntüləri - VİDEO

Qəzaya uğrayan təyyarənin yeni görüntüləri - VİDEO

Nazirlik: Rəsmi təsdiqini tapmamış məlumatlar hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır

Nazirlik: Rəsmi təsdiqini tapmamış məlumatlar hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır

“Bavariya”nın müdafiəçisi qarşılaşdığı ən güclü hücumçuları AÇIQLADI

“Bavariya”nın müdafiəçisi qarşılaşdığı ən güclü hücumçuları AÇIQLADI

KİV: Britaniya qoşunları Rusiyaya qarşı hibrid müharibəyə qoşulub

KİV: Britaniya qoşunları Rusiyaya qarşı hibrid müharibəyə qoşulub

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

Rafinya komandaya qayıtmağa HAZIRLAŞIR

Rafinya komandaya qayıtmağa HAZIRLAŞIR

End of content

No more pages to load

RADİO