Aİ ölkələri Azərbaycana 20 milyard dollar investisiya yatırıb

"Aİ Biznes Mühiti Hesabatı 2020" 5-ci nəşrinin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

''Avropa İttifaqı şirkətlərinin çoxu Azərbaycanı seçir'' - Mikayıl Cabbarov - FOTO


Məlumata görə, onlayn formatda təşkil olunan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dollardan çoxdur.

COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirindən bəhs edən iqtisadiyyat naziri bu təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi və maliyyə dəstəyi tədbirləri, həmçinin iqtisadiyyatın liberallaşdırılması istiqamətində görülən işlər, əlverişli biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə məlumat verib.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu, investisiya qoyuluşu üçün geniş imkanlar yaradılacağını bildirib, təşkilata üzv olan ölkələri reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əlaqələrdən danışıb, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda həmçinin, “Azərbaycan 2020: Aİ biznes mühiti” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, Azərbaycanda təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini bildiriblər.

Bununla yanaşı, Avropa şirkətlərinin 75%-i pandemiyanın təsirlərinin minimallaşdirilması üçün həyata keçirilən dövlət dəstəyi tədbirlərindən tam razı qaldıqlarını ifadə ediblər.

Avropa şirkətləri həmçinin, Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzərində Hökumət nəzarətinin bərpa edilməsinin həm əhali, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar.

Sonda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran müharibəyə son qoymaq üçün şərtini təkrarladı

İran müharibəyə son qoymaq üçün şərtini təkrarladı

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQ – BU TARİXDƏN

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQBU TARİXDƏN

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

“Peşə təhsilində oxuyanların üçündən ikisi bölgələrdəndir” – Kənan Kərimzadə

“Peşə təhsilində oxuyanların üçündən ikisi bölgələrdəndir” – Kənan Kərimzadə

Ukraynanın bir həftə ərzində itirdiyi hərbçilərin SAYI AÇIQLANDI

Ukraynanın bir həftə ərzində itirdiyi hərbçilərin SAYI AÇIQLANDI

Həyat yoldaşlarına sadiq olan bürclər

Həyat yoldaşlarına sadiq olan bürclər

Peşə təhsilinə MARAQ ARTIB – Rəsmi STATİSTİKA

Peşə təhsilinə MARAQ ARTIB – Rəsmi STATİSTİKA

Lukaşenko Trampa məsləhət verdi: “İmkan verin döyüşsünlər”

Lukaşenko Trampa məsləhət verdi: “İmkan verin döyüşsünlər”

Pekindən Vaşinqtona ittiham: Panama kanalını ələ keçirmək istəyir

Pekindən Vaşinqtona ittiham: Panama kanalını ələ keçirmək istəyir

5 həftədir davam edən savaşın NƏTİCƏLƏRİ – Rəqəmlərin DİLİ İLƏ...

5 həftədir davam edən savaşın NƏTİCƏLƏRİ – Rəqəmlərin DİLİ İLƏ...

End of content

No more pages to load

RADİO