Dövlətə vergi borcu olan şirkət 660 minlik iki tenderin QALİBİ OLDU – FOTO 

Qalmaqallı tenderlərdə iştirakı ilə gündəmdən düşməyən və 2022-ci ilin oktyabr ayından dövlətə olan 26 min 186.25 manat vergi borcunu hələ də ödəməyən “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) bu gün birdən-birə iki tenderin qalibi olub. 

Bizim.Media xəbər verir ki, hər iki tenderin ümumi məbləği 415 min 065 manatdır. 

Bu satınalma müsabiqələrindən biri Hacıqabul Rayon İcra Hakimiyyəti, digəri isə Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən elan olunub. 

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən mayın 31-də elan olunan müsabiqə “2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri”nin satınalınması ilə bağlıdır.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq 169 min 802 manatlıq satınlama müqaviləsinin şərtlərinə əsasən, şirkət şəhərin İ.Qayıbov, Z.Məmmədov, M.Ş.Vazeh, Ş.Ağamalıyev, D.Ağamalıyev, Ş.Əbdülrəhmanov, R.Baladov, E.Nurzaliyev, B.Dadaşov, B.İbrahomov, H.Abbasov, Ə.Vahid, X.Hacıyev, M.F.Axundov, m,Şahbazov, P.Balabəyov, N.Tusi, Xətai, A.Şaiq, Ə.Şıxlinski, Nizami, M.Ə.Rəsulzadə, Bakı, Şirvan, S.Almazov, və Ə.Həşimov küçələrində abadlıq və təmir-tikinti işlərini həyata keçirəcək. 

Şirkətin qalib olduğu digər tender isə Ağstafa Suvarma Sistemləri İdarəsinin “Torpaq məcralı 1.5m3/san su buraxma qabiliyyəti olan Poylu arxının (pk48+00-pk192+00;L=14.4 km) beton üzlüyə alınmasının üzərindəki qurğularla birlikdə (pk 72+00-pk92+00) hissəsinin əsaslı təmirinin davamı işlərinin satınalınması” ilə bağlıdır.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq 245 min 263 manatlıq müqavilənin şərtlərinə əsasən, anbarlar, kanallar, suvarma kanalları və su kanalları üçün tikinti işlərini həyata keçirəcək. 

Bu işlər sırasına 8420 kubmetr sahədə III qrup qruntun çalovunun tutumu 0,65m3 olan ekskavatorla qazılıb avtomaşına yüklənməsi, 13 min 472 tonluq qruntun 3 km məsafədən daşınması və tökmə üçün gətirilən qruntun keyfiyyətli sıxlaşdırılması, 4 708 kubmetr sahədə III qrup qruntun çalovunun tutumu 0,65m3 olan ekskavatorla kanalın en kəsiyinin qazılması, 888kubmetr sahədə Qum çınqıl hazırlıq qatının düzəldilməsi və “B15 W4 F50” markalı dəmir-betondan kanalın üzlüyünün düzəldilməsi və digər 45 adda işlərin həyata keçirilməsi daxildir.
Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Şirkət sonuncu dəfə cari ayın 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin elan etdiyi “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” tenderinin qalibi olub və tərəflər arasında 195 min 880 manatlıq satınalma müqaviləsi imzalanıb. 

Müqavilənin şərtlərinə əsasən, şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. 

Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb.

Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub.

Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub.

Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. 




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

End of content

No more pages to load

RADİO