Xaricdən gətirilən heyvanların sağlamlığına kim NƏZARƏT EDİR? – RƏSMİ AÇIQLAMA 

Son illər respublikada heyvandarlığın daha da inkişaf etdirilməsi və cins tərkibin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. 

Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2008-ci ildə imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək verilməsi” barədə sərəncamından sonra təchizatçı şirkətlər və sahibkarlar tərəfindən Avropanın bəzi inkişaf etmiş dövlətlərindən yüksək məhsuldar iri və xırda buynuzlu cins heyvan sortları alınaraq ölkəmizə gətirilir. Bu proses cari ildə də davam edib.

Bəs son illərdə Azərbaycan nə qədər cins heyvan idxal olunub? Bu heyvanlar əsasən hansı ölkələrdən idxal olunur?  
 

MÖVZU İLƏ BAĞLI:

Bölgələrdə ətin qiyməti qalxıb - SƏBƏBİ AÇIQLANDI - VİDEO


Bu məlumatları əldə etmək üçün Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin rüblük statistik məlumatlarında araşdırma apardıq. 

İdxalda kəskin artım

Bizim.Media DSK-nın 4 aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-aprel ayları ərzində Azərbaycana xarici ölkələrdən 20 milyon 946.16 ABŞ dolları dəyərində diri heyvan idxal olunub. 

2022-ci ilin eyni dövründə isə bu dəyər 14 milyon 639.71 min dollar təşkil edib. Buradan aydın olur ki, 1 il ərzində diri heyvan idxalında 6 milyon 306,45 min dollar dəyərində və ya 30,11 faizlik artım baş verib.

Builki idxalın 18 milyon 319 min baş müxtəlif cinsli iribuynuzlu ev heyvanı təşkil edib ki, bunun da maya dəyəri 14 milyon 907 min ABŞ dolları həcmindədir. Ötən il isə 11 milyon 359 min baş iribuynuzlu heyvan idxal olunub. 

Cari ildə idxal olunan xırdabuynuzlu heyvanların, yəni diri qoyunların və keçilərin sayı isə 18 milyon 319 min baş, maliyyə dəyəri isə 14 milyon 906.91 min dollar səviyyəsindədir. Ötən il isə onların sayı 17 milyon 017 min baş, maliyyə dəyəri isə 1 milyon 991.82 min ABŞ dolları həcmində olub.

Burdan da görünür ki, bir il ərzində sayında 936 min baş və ya 5,21 faiz artım, dəyərində isə 428,04 ABŞ dolları və ya 21,49 faiz azalma baş verib.

Dövlət Gömrük Komitəsinin 4 aylıq hesabatında isə göstərilir ki, dövr ərzində Azərbaycan xarici ölkələrdən 20 milyon 946.16 min ABŞ dolları dəyərində diri heyvan idxal olunub. Ötən ilin eyni dövründə isə bu məbləğ 14 milyon 639.71 min ABŞ dolları təşkil edib. Burdan da aydın olur ki, bir il ərzində idxalda 6 milyon 306,74 min dollarlıq və ya 30,11 faizlik kəskin artım baş verib.

Bu cins heyvanlar əsasən Avropadan və Rusiyadan gətirilir

Qeyd edək ki, Azərbaycana idxal olunan iribuynuzlu heyvanlar əsasən “Simmental”, “Holşteyn friz”, “Aberdin anqus”, “Şvis”, “Şarole”, “Vottak” və “Pardon” cinsləridir. Bu heyvanlar əsasən Macarıstandan, Estoniyadan, Litvadan, Çexiyadan, Slovakiyadan, Rusiyadan, Ukraynadan, Almaniyadan və Avstraliyadan idxal olunub. Rusiyadan və Ukraynadan gətirilən heyvanlar isə əsasən “Lebedin”, “Qara-ala”, “Kalmık” və “Aberdin anqus” sortlarıdır ki, bunlar da əsasən südlük, südlük-ətlik və ətlik istiqamətlidirlər.

AQTA: Ölkəyə gətirilən heyvanlar 10 gün ciddi karantində saxlanılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya verilən açıqlamada, heyvanların və heyvan mənşəli məhsulların ölkəyə idxalının Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirilib.

Qeyd olunub ki, bu qaydalar əsasında ixracatçı ölkələr tərəfindən ÜHST-nin məlumat bazasına xəstəliklərlə bağlı daxil edilən məlumatlar sonradan bizə təqdim olunur:

“Hansı ölkədə sərhədləri keçə bilən xəstəliklər yoxdursa, oradan heyvan idxalına icazə verilir. Onlar Azərbaycana gətirilməzdən əvvəl ixracatçı ölkədə 10 gün müddətində karantində saxlanılır. Bu müddətdə də Azərbaycanın idxal tələblərinə uyğun olaraq, bütün baytarlıq prossedurları yerinə yetirilir və heyvanlar ölkəyə idxal olunur”.

Vurğulanıb ki, heyvanlar ölkəmizə daxil olduqdan sonra daxili müvafiq qanunvericiliyə uyğun olaraq, 30 gün son təyinat nöqtəsində karantində saxlanılır:

“Bu müddət ərzində onlardan qan və digər diaqnostik nümunələr götürülür və müvafiq laboratoriyalarda analizlər aparılır. Əgər ölkəmiz üçün qarayara, dabaq, nodulyar dermatit və digər xəstəliklərlə bağlı risk varsa, karantin müddətində bu xəstəliklərə qarşı peyvəndləmə aparılır. Karantin başa çatana yaxın heyvanlar yenidən müayinə olunur və ondan sonra naxıra qatılmasına icazə verilir. Aqrar Xidmətlər Agentliyi isə mövcud qanunvericiliyı uyğun olaraq müvafiq tədbirlər həyata keçirir”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Ağdərədə kişi hündürlükdən yıxılaraq ölüb

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Baş prokuror Çingiz Qənizadənin oğlunu yeni vəzifəyə TƏYİN ETDİ

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir - FOTOLAR

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

Vəfa Şərifova məhkəmədə qalib GƏLDİ - Onu təhqir edən qadın CƏZALANDI

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

İranda zəlzələ olub

İranda zəlzələ olub

“iPhone Fold” belə olacaq - FOTO

“iPhone Fold” belə olacaq - FOTO

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

End of content

No more pages to load

RADİO