Sumqayıtın yollarını saxtakarlıqda ittiham olunmuş şirkət təmir edəcək – 3 milyonluq ŞÜBHƏLİ TENDER 

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyinin aprelin 6-da elan etdiyi “Sumqayıt şəhərində küçə və parklarda abadlıq işlərinin” və “Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmirinin” satın alınması ilə bağlı 2 tenderinin nəticələri və qalibləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt MKTB ilə qalib elan olunan “Azərenerji Təchizat” MMC (VÖEN - 6402312081) və “Xezer Construction” MMC (VÖEN - 1603218151) arasında 2 milyon 947 min 270 manatlıq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. 
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN olan “Azərenerji Təchizat” MMC  əldə edəcəyi 1 milyon 299 min 866 manat müqabilində Sumqayıt şəhərinin 20 Yanvar Pərviz Hüseynov, Z.Hüseynov, Ə.Kərimov, Kamran Hüseynov, M.Hüseynzadə küçələrində, Azərbaycan prospektində, o cümlədən 17-ci mikrorayonda, 9-cu mikrorayonda 58-ci binaya və Alman parkının yanı ilə kollecə gedən yoldakı səkilərdə, Sumqayıt Dövlət Universitetinin qarşısındakı parkda və Lüdviqshafen parkında təmir, bərpa və abadlıq işləri həyata keçiriləcək. 

Bu şirkətin ciddi qanun pozuntusuna yol verdiyi aşkar olunub.

"Azərenerji Təchizat” MMC 26 noyabr 2019 tarixində 2 saylı Ərazi Vergilər Baş İdarəsi rərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur.

Əvvəlki qanuni təmsilçi isə Qafurzadə Xəyal Səlim oğlu olub. Bununla bağlı 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bununla da qanuni təmsilçi dəyişib.

Açıq mənbələrdə “Azərenerji Təchizat” MMC və Famil Çobanov barəsində hər hansı məlumat yoxdur. Araşdırmalarımız zamanı bəlli olub ki, "Azərenerji Təchizat” MMC yarandığı gündən bəri yalnız Sumqayıtın yerli qurumlarının, əsasən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi çoxmilyonluq tenderlərin qalibi olur.

Təkcə 2023-cü ildə Sumqayıt ŞİH və ona tabeli qurumların 4 tenderini qazanıb. Bura indi bəhs etdiyimiz tender də daxildir. Şirkətlə bağlanan satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 6 milyon 049 min 247 manat təşkil edir. 

Diqqətə çatdırak ki, ötən ilin dekabr ayının sonlarına yaxın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Belə ki, müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Saxtakarlığa yol verən sahibkarlar arasında “Azərenerji Təchizat” MMC də var. 
“Dövlət satınalmaları haqqında” Qanunun “Dövlət satınalmalarında saxtakarlıq halları” ilə bağlı 12-ci maddəsində göstərilir ki, satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə, həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir. 

Bundan başqa, malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddətə qadağan edir. 

Eyni zamanda, saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir, tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsini və bunun səbəblərini satınalma prosedurları haqqında hesabatda göstərir və dərhal malgöndərənə (podratçıya) bildirir. 

Sumqayıt MKTB-nin aprelin 12-də elan etdiyi “Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması” digər tenderinin qalibi isə “Xezer Construction” MMC (VÖEN - 1603218151) seçilib. 

Tərəflər arasında bağlanacaq 1 milyon 647 min 404 manatlıq satınalma müsabiqəsinin şərrlərinə əsasən, şirkət Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmirini həyata keçirəcək.




Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniya millisinin baş məşqçisi “şoka düşdü”

İspaniya millisinin baş məşqçisi “şoka düşdü”

Ağdaşda evdən meyit TAPILDI

Ağdaşda evdən meyit TAPILDI

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı oldu

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un HƏDƏFİNDƏ

Günəbaxan tumu kökəldir, yoxsa arıqladır - ARAŞDIRMA

Günəbaxan tumu kökəldir, yoxsa arıqladır - ARAŞDIRMA

Almaniyada insan bədənində toxumanı bərpa edən miniatür 3D printer HAZIRLANIR

Almaniyada insan bədənində toxumanı bərpa edən miniatür 3D printer HAZIRLANIR

“Avropa Rusiya ilə müharibəyə hazırlaşır” - Vuçiç TƏŞVİŞDƏDİR

“Avropa Rusiya ilə müharibəyə hazırlaşır” - Vuçiç TƏŞVİŞDƏDİR

Qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları - ANBAAN VİDEO

Qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları - ANBAAN VİDEO

Şahin Babayev VƏFAT ETDİ

Şahin Babayev VƏFAT ETDİ

Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür

Çinli astronavtlardan KƏŞF: İlk dəfə kosmosda ət bişirdilər - VİDEO

Çinli astronavtlardan KƏŞF: İlk dəfə kosmosda ət bişirdilər - VİDEO

"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla QALİB GƏLDİ

"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla QALİB GƏLDİ

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı DANIŞIQLAR APARIB

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı DANIŞIQLAR APARIB

Azərbaycanlı blogerin Rusiyada hesabları DONDURULDU

Azərbaycanlı blogerin Rusiyada hesabları DONDURULDU

SON DƏQİQƏ: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub

SON DƏQİQƏ: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub

Bissuma “Qalatasaray”a KEÇƏ BİLƏR

Bissuma “Qalatasaray”a KEÇƏ BİLƏR

Təyyarənin quyruğu niyə qopub? - VİDEO

Təyyarənin quyruğu niyə qopub? - VİDEO

İradədən qızına: “15 il əvvəl gəldin, bizi ailə etdin” - FOTO

İradədən qızına: “15 il əvvəl gəldin, bizi ailə etdin” - FOTO

Ceyhun Bayramov Hakan Fidana ZƏNG ETDİ: “Azərbaycan buna hazırdır”

Ceyhun Bayramov Hakan Fidana ZƏNG ETDİ: “Azərbaycan buna hazırdır”

Qəzaya uğrayan təyyarənin yeni görüntüləri - VİDEO

Qəzaya uğrayan təyyarənin yeni görüntüləri - VİDEO

Nazirlik: Rəsmi təsdiqini tapmamış məlumatlar hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır

Nazirlik: Rəsmi təsdiqini tapmamış məlumatlar hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır

“Bavariya”nın müdafiəçisi qarşılaşdığı ən güclü hücumçuları AÇIQLADI

“Bavariya”nın müdafiəçisi qarşılaşdığı ən güclü hücumçuları AÇIQLADI

KİV: Britaniya qoşunları Rusiyaya qarşı hibrid müharibəyə qoşulub

KİV: Britaniya qoşunları Rusiyaya qarşı hibrid müharibəyə qoşulub

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

İşdən çıxarılan avtobus sürücülərinə külli miqdarda cərimə yazıldı - İDDİA/VİDEO

End of content

No more pages to load

RADİO