Respublikada taxıl biçini prosesi nə yerdədir? - RƏQƏMLƏR

Respublikada taxıl biçini davam edir.

Bizim.Media Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə istinadən xəbər verir ki, nazir Məcnun Məmmədov Cəlilabad rayonunun Cəngan kəndində müasir dağ kombaynları vasitəsilə keçirilən biçin prosesini izləyib.

Bu il Cəlilabad rayonunda 65 min 537 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 57 min 337 hektarını buğda, 8200 hektarını arpa sahələri təşkil edir.

Rayon üzrə taxıl əkinlərinin 70 faizi relyefi çətin olan dağlıq ərazilərdə yerləşir. Bu səbəbdən artıq üçüncü ildir ki, Cəlilabadda taxıl biçini müasir dağ kombaynları vasitəsilə aparılır.
Yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" dağ kombaynları Azərbaycana 2020-ci ildə gətirilib. Kombaynlar ilk dəfə Cəlilabad rayonunda çətin relyefli sahələrdə test edildikdən sonra fermerlərin ixtiyarına verilib. 6000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu olan kombaynlar məhsulu 100 faiz itkisiz yığmağa imkan verir. Bu kombaynlar əsasən Cəlilabad, Yardımlı və Lerik rayonlarının çətin relyefi olan zəmilərində biçinə cəlb olunur.

Hazırda Cəlilabadda taxıl biçinində 163 kombayn iştirak edir. Bunlardan 152-si fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 11 kombayn dislokasiya edib ki, bunlardan 7-si müasir dağ kombaynlarıdır.

Artıq rayon üzrə zəmilərin 75 faizində biçin başa çatıb. Sahələrdən 154 min tondan artıq məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30 sentnerin üzərindədir.

Nazir Məcnun Məmmədov Cəngan kəndində taxıl biçini prosesini izləyib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib.

Fermerlərlə müzakirələrdə dağlıq və dağətəyi ərazilərdə dəmyə əkinlər üçün düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət etmək, yeni becərmə üsulları və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Cəlilabada səfəri çərçivəsində, həmçinin “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyinə, Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasına və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə baş çəkib, yerli qurumlarda işin təşkili ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

End of content

No more pages to load

RADİO