Türk şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsində əməkdaşlığa hazırdır və bununla bağlı istəkləri tərəflərə çatdırmışıq.
Bizim.Media xəbər verir ki, bunu “TRT Haber”ə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan ilə Azərbaycan arasında Xəzər dənizində “Dostluq” yatağı ilə bağlı imzalanmış razılaşmaya münasibət bildirərkən söyləyib.
"Söhbət buradan çıxarılacaq qaz və neftin hazırda fəaliyyətdə olan boru xətlərindən istifadə edilərək Türkiyəyə çatdırılmasından gedir. Hər mənada əməkdaşlıq imkanları mövcuddur", - deyə Çavuşoğlu vurğulayıb.
Bizim.Media