“Son bir ildə Azərbaycanla Argentina arasında ticarət dövriyyəsi iki dəfə artıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə səfirlik açıldıqdan bu günədək iki ölkə arasında xammal, emal sənayesi məhsulları, xidmətlər, əczaçılıq məhsulları, texnologiya da daxil olmaqla, ticarət dövriyyəsi on dəfə artıb.
"İqtisadiyyat, ticarət, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı qarşımızda çoxlu imkanlar var. Çalışırıq ki, Argentina şirkətləri Ələt Limanının təklif etdiyi imkanlardan yararlana bilsinlər və Azərbaycan Argentina məhsullarının təkcə yerli deyil, həm də regional səviyyədə paylama mərkəzinə çevrilsin", - deyə Marianxeles Belluşi vurğulayıb.
Bizim.Media