Dünya Bankından Azərbaycanla bağlı 95 milyonluq layihə

Dünya Bankı COVID-19 pandemiyasının Azərbaycanda yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün layihə hazırlayır.

Dünya Bankından Bizim.Media-ya verilən məlumata görə, layihə investisiya məqsədli deyil və analitik kömək məqsədi daşıması gözlənilir.

"Azerbaijan COVID-19 Emergency Response Project" adlanan layihənin dəyəri 95 mln. ABŞ dolları göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Xatırladaq ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir.

Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

"Regional əlaqələr və inkişaf" ("Regional Connectivity and Development Project") layihəsinin may ayında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir. 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub.

Bank Azərbaycana 5 mart tarixində ölkədə məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. dollar, 26 mart tarixində isə "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsini təsdiqləyib.

Ümumilikdə, 1992-ci ildən bəri, bank Azərbaycana 70-dən çox layihə üzrə 4 mlrd. dollardan çox vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Fevralın 28-də öldürülmüşdü, bu gün vida mərasimi keçirilir... – VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Elektron siqaretlərə dair dövlət standartı LƏĞV EDİLDİ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQ – BU TARİXDƏN

“e-Sosial” mobil tətbiqi fəaliyyətini DAYANDIRACAQBU TARİXDƏN

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Hacıbala Abutalıbov Qaxdan QOVULUB

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Peşə təhsilində qadınlar daha çox bu İXTİSASI seçirlər

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycanda bu şəxslərə burun əməliyyatı pulsuz oldu

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

"Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb" – Nazir müavini

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

End of content

No more pages to load

RADİO