Manatın dövretmə sürəti niyə zəifləyib? – SƏBƏBLƏR  

Azərbaycan Mərkəzi Bankı son hesabatında bildirib ki, bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,97 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin aprelin 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-i ilə müqayisədə 0,56 bənd, 2022-ci ilin mayın 1-nə nisbətən isə 0,93 bənd azdır. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, pulun dövretmə sürəti nağd və qeyri-nağd pul vəsaitlərinin hərəkət intensivliyidir. 

Onun sözlərinə görə, əgər ölkə iqtisadiyyatında işgüzar fəallıq yüksək, iqtisadiyyata investisiya qoyuluşu qənaətbəxş və alış-veriş, əhalinin gəlirləri, tələb və təklif arasında balans normal olarsa, manatın dövretmə sürəti də yüksək olacaq: 
“Yaxud, ölkə iqtisadiyyatında inflyasiya baş verərsə, təklif tələbi ödəməsə, investisiya fəallığı, işgüzar aktivlik aşağı vəziyyətdə və məhdud xarakterli olarsa, o zaman pulun dövretmə sürəti də zəifləyəcək. Onu da nəzərə alaq ki, 2020-ci ilin əvvəlindən bu günə qədər ölkədə inflyasiya və bahalaşma tendensiyası davam edir və hələ də səngiməyib. Buna uyğun olaraq, Mərkəzi Bank anti-inflyasiya tədbirləri həyata keçirməyə və manatın dövretməsini məqsədəuyğun şəkildə azaltmağa məcbur qalır”.  

Müsahibimiz hesab edir ki, ölkədə pulun dövretmə sürətinin azalmasında AMB-nin məhdudlaşdırıcı pul-kredit siyasəti əsas rol oynayır: 

“Nə qədər ki, ölkədə iqtisadiyyatında inflyasiya və bahalaşma prosesi səngiməyəcək, hökumətin və Mərkəzi Bankın anti-inflyasiya tədbirləri davam edəcək ki, bu da işgüzar aktivliyin və investisiya fəallığının məhdud çərçivədə qalmasını sürətləndirəcək və buna görə də manatın dövretmə sürəti zəif olacaq. Bu proses yalnız inflaysiya səngidikdən sonra dayana bilər”.

Hazırda bank sektorunda paradoksal bir vəziyyətin hökm sürdüyünü söyləyən P.Heydərov, bankların iki şəraitdə pul verə bilmədiyini diqqətə çatdırıb: 

“Ya onun likvidlik vəziyyəti, yəni maliyyə ehtiyatları azdır, istədiyi səviyyədə kredit verə bilmir, yaxud da pulu var, amma likvidlik səviyyəsi yüksəkdir, amma vəsaiti yönəltməyə, kredit verməyə sahə yoxdur. Olsa da, yüksək risk daşıyır. Hazırda ölkəni bank sektorunda vəziyyət ikinci amilə daha uyğundur.  

Əslində, banklarımızın maliyyə vəziyyəti qənaətbəxşdir, amma kredit faizləri yüksəkdir, hətta kreditləşmə lazımi səviyyədə deyil. Bu da işgüzar fəallığın zəif olması ilə bağlıdır. Buna görə də yaxın vaxtlarda digər xırda bankların da iflas həddinə  çatacağını müşahidə edəcəyik. Bununla belə, Mərkəzi Bankın “Günay Bank”dan sonra digər bankların da bağlanmasına gedəcəyinə inanmıram”.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO