2023-cü ilin aprel ayının 30-na qədər Azərbaycanda qiymətli kağızlarda olan bank aktivlərinin maliyyə dəyəri 7 milyard 712.5 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına əsasən xəbər verir ki, bunun da 3 milyard 813.0 milyon manatı xarici valyutada olan vəsaitlər təşkil edib.
Martın 31-nə olan vəziyyətə əsasən, qiymətli kağızların dəyəri 7 milyard 671.7 milyon manat olub ki, bunun da 3 milyard 835.4 manatı xarici valyutada olan aktivlər təşkil edib.
Hesablamalardan da görünür ki, bir ay ərzində cəmi 40,8 milyon manat və ya 3,15 faiz artım baş verib. Xarici valyutada olan aktivlərin dəyərində isə 22,4 milyon manat azalma baş verib.
Rövşən Ziya, Bizim.Media