Beynəlxalq Agentlikdən NARAHATEDİCİ PROQNOZ - Banklarımızı hansı təhlükələr gözləyir? – TƏHLİL

Xəbər verilidiyi kimi, bir neçə gün öncə, “Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi üzrə proqnozunu açıqladı. Agentlik Azərbaycan bankların xalis mənfəətinin balans kapitalına nisbəti (ROE) 2023 və 2024-cü illər üzrə 15% proqnozlaşdırılıb. 2022-ci ildə isə bu rəqəm 16,2% təşkil edib.

S&P Global Ratings" bankların aktivlərinin gəlirliliyinin (RoAA) 2022-ci ildəki 1,9%-dən 2023 və 2024-cü illərdə 1,8%-ə enəcəyini müəyyən edib.

“Proqnozlarda Azərbaycan banklarının aktivlərinin cüzi azalacağı göstərilib”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən bank sektoru üzrə mütəxəssis və hüquqşünas Əkrəm Həsənov bildirib ki, agentliyin proqnozlarında Azərbaycan banklarının kapitalının və aktivlərinin cüzi azalacağı göstərilib:

“Buna görə də mənfi istiqamətdə ciddi dəyişikliklərin olacağını düşünmürəm. Sadəcə bir proqnozdur və bu özünü doğrultmaya da bilər. Hətta əksinə, müəyyən qədər artma da ola bilər. Bu proqnozun hansı amillərə söykəndiyini və nəyə görə Azərbaycan banklarının gündəmə gətirilməsi ilə çoxlu ehtimal irəli sürmək olar. Bəs 2023-2024-cü illərdə banklarda azalma baş verə bilərmi? Proqnozun əsas səbəbi, 2022-ci ildəki artım əsasən post-pandemiya dövrü ilə bağlıdır”. 

Bu dövrdə bankların fəaliyyətinin passivləşdiyini xatırladan Ə.Həsənov qeyd edib ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, yəni 2021-ci ilin ikinci yarısında və 2022-ci ildə banklarda artımlar başlayıb:

“Həmin dövrdə yenidən kreditlər verdilər və böyük gəlirlər əldə etdilər. Amma bununla belə, bankarın xeyli sayda problemli kreditləri yarandı. Digər səbəb odur ki, Azərbaycan Mərkəzi Bankı ötən ildən etibarən uçot dərəcəsini artırmağa başlayıb. Bu da bankların AMB-dən daha az və yüksək faizlə kredit götürməsi ilə nəticələndi ki, bu da onların kredit aktivliyini və gəlirliliyini əhəmiyyətli dərəcədə azaltdı. Digər tərəfdən, AMB rəhbərliyi cari ilin əvvəlində onların bankda saxladıqları məcbur ehtiyat normasını (bankların cəlb etdiyi əmanət və depozitlərin müəyyən hissəsinin Mərkəzi Bankda saxlanılması) da 1 faiz, yəni 4 faizdən 5 faizə artırdı”.

Agentliyin proqnozlarında çox güman ki, ümumi iqtisadi göstəricilər də nəzərdə tutulduğunu söyləyən ekspertin sözlərinə görə, son dövrlər Azərbaycanda iqtisadi aktivlik azalmağa başlayıb:

“Bu da ölkədə qiymət artımına, insanların gəlirlərinin azalmasına, biznes fəaliyyətinin passivləşməsinə səbəb olur. Bunlar da öz növbəsində, ümumi iqtisadi vəziyyətin pisləşməsinə, məhkəmələrdə qanunsuzların artmasına gətirib çıxarır. Belə problemlər fonunda da bankların gəlirliyinin azalması təbiidir və bunun 2023-2024-cü illərdə də davam etməsini ehtimal edə bilərik”.

“Reytinq agentliklərinin açıqlamalarını ciddi qəbul etmirəm”

İqtisadçı-ekspert Eldəniz Əmirov isə, təkcə Azərbaycanda deyil, bütün dünyada bank sektorunda təlaltümlərin yaşandığını diqqətə çatdırıb:

“Bu da mənfəətin və gəlirlərin azalmasına, problemli kreditlərin həcminin artmasına və digər istiqamətlərdə problemlərin artmasına səbəb olur. Bir çox ölkələrdə bankların müflisləşməsi baş verdi. Azərbaycanda isə bank sektoru üç bankın üzərində formalaşıb. İstər kredit portfelinin həcmində, istər aktivlərdə, istərsə də digər makro-göstəricilərdə həmin 3 bank bir çox üstünlüklərə malikdir. Bu da ölkəmizin bank sektorunun ən mənfi tərəfidir”. 

Reytinq agentliklərinin açıqlamalarını ciddi qəbul etməyən müsahibimizin fikrincə, Amerikada bağlanan bankların da reytinqini beynəlxalq reytinq agentliyi yüksək qiymətləndirmişdi:

“Amma banklar bağlandı. Buna  görə də belə agentliklərin verdikləri proqnozlara şübhə ilə yanaşıram. Buradan belə bir sual yaranır: Bəs Azərbaycanda həmin göstəricilər üzrə artım müahidə ediləcəkmi? Belə hesab edirəm ki, stabil artım olmasa da, azalmada da o qədər ciddi hadisə baş verməyəcək. Hazırda Azərbaycanda bank sektoru üçün elə də ciddi təhdidlər yoxdur. Düzdür, əmanətlərin həcmində müəyyən azalmalar oldu ki, bu da depozit gəlirlərinin vergiyə cəlb olunmasından sonra baş verdi”. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda maliyyələşmə məsələsi ilə bağlı strategiya hazırlanır:

“Hesab edirəm ki, bu sənəd istər banklar, istərsə də bank olmayan digər kredit təşkilaları üçün öz müsbət töhfəsini verəcək. Bir sözlə, bank sektoru üçün hər hansı bir qorxulu və ya narahatedici bir vəziyyətin yarandığını düşünmürəm”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

End of content

No more pages to load

RADİO