Qazaxıstan Azərbaycan vasitəsilə Rusiyadan yan keçərək neft ixracını 6 dəfə artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Məlumata görə, birinci rübün yekunlarına əsasən, Qazaxıstan neft şirkətləri Transxəzər dəniz yolu ilə - Aktau limanından Bakıya qədər xarici bazarlara 163,4 min ton neft tədarük edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan üçün ənənəvi olan Novorossiysk limanından yan keçməklə ixrac 6 dəfə artıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi antirusiya sanksiyalarına Qazaxıstan da qoşulub.
Bizim.Media