Rusiya bu il ilk dəfə olaraq İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Qərbin sanksiyaları altında olan Rusiya və İran iqtisadiyyatlarını dəstəkləmək və hər iki ölkənin əsassız hesab etdiyi Qərb sanksiyalarının təsirini azaltmaq üçün daha sıx əlaqələr qurur.
Qeyd edək ki, Ukraynada apardığı müharibə ilə əlaqədar ənənəvi alıcılarının ticarətdən yan qaçdığı dövlərdə Rusiyanın bu ticari əlaqəsi ilk sayılır.
Bizim.Media