Meyvə - tərəvəzimizi hara ixrac edək? – Rusiyadan qurtulmağın yolları axtarılır

Azərbaycan meyvə-tərəvəzini ixrac etmək üçün yeni bazarları araşdırmağa  başlayıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. Bildirilib ki, Körfəz ölkələri və Avropa bazarlarının araşdırılması ilə bağlı işlərə artıq start verilib. 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nə alır, nə satır? – ÖZƏL


Müvafiq qurumun bu araşdırması yerli sahibkarların da ürəyincədir. Sahibkar Bəşir Quliyev bildirir ki, Avropa və ərəb ölkələrinə çıxmaq  iş adamları  üçün əlverişli olar: 

“Risksiz və dayanıqlı bazar üçün  Avropa  ölkələri ən yaxşı seçimdir. Əgər heç bir saziş, üzvülük olmasa bizə ən yaxın bazarlara üstünlük verməliyik. Elə ölkələr olmalıdır ki, məhsul ora gedib çıxana kimi xarab olmasın”. 

İqtisadçı ekspert Natiq  Cəfərli də təsdiqləyir ki, ən cəlbedici bazar Avropa bazarıdır. Çünki, burada  500 milyon əhali yaşayır, 27 ölkəni əhatə edir:

“Sadəcə bu bazara çıxış üçün müəyyən çətinliklər mövcuddur. Bu çətinliklər həm Azərbaycan, həm də Avropa bazarından qaynaqlanan problemlərdir. Azərbaycanın çətinliyi Ümumdünya Ticarət Təşkilatına üzv olmamasındadır”.

Ekspert deyir ki, Azərbaycan Avropa Birliyi ilə saziş bağlamaq üçün uzun zamandır ki, danışıqlar aparır:

“Bu sazişin bağlanması ilə Azərbaycan məhsullarının Avropa bazarına çığarılması xeyli asanlaşacaq. Bu da uzanır. Ümid edirəm ki, bu müqavilə bu il bağlanar. Xarici İşlər Nazirliyi də bu istiqamətdə müsbət açıqlamalar verib”.
 
Müsahibimiz vurğulayır ki, bizdən qaynaqlanan digər məsələ ondan ibarətdir ki, biz Rusiya bazarının standartlarına  öyrəşib, vərdiş etmişik: 

“Avropa bazarında qablaşdırma və keyfiyyətin  ayrı-ayrı standartları var. Bizim fermerlər belə tələbləri bilmir, bacarmırlar. Bu yöndə dövlət tərəfindən də iş adamlarına kömək lazımdır”. 

Kənd təsərrüfatı mütəxəssisi Zülfü Məmmədov söyləyir ki, potensial bazar kimi Azərbaycan meyvə - tərəvəzini  Körfəz və Avropa ölkələrindən başqa, Xəzərin o tayına da ixrac edə bilər. Məsələn bura Qazaxıstan, Tacikistan, Qırğızıstan və  Baltikyanı ölkələr daxildir:  

 

“Prespektivdə Almaniya,İsveçrə, Skandanaviya ölkələri də yer alır. Hətta Afrikayada meyvə-tərəvəz ixrac edə bilərik. Narımızın ən böyük alıcısı isə  Amerika Birləşmiş Ştatlarıdır”- deyə bildirib.


Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxması ilə bağlı tapşırıqlar verib.

İxrac, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmalı olduğunu da vurğulayıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

End of content

No more pages to load

RADİO