Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsində REKORD ARTIM – Orta Dəhliz hansı imkanları vəd edir?

Ötən gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə qarşılıqlı əməkdaşlıq sənədlərinin imzalanması mərasimi olub.

Ümumilikdə isə son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərməkdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Dostlar, qardaşlar kimi Qazaxıstanın uğurlarına ürəkdən sevinirik”


“Azərbaycan və Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhfə verən ölkələrdəndir. Ötən il hər iki ölkə üzərindən daşınan yüklərin həcmində artım qeyd alınıb. Hər iki ölkə nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən daha çox yüklərin daşınmasına nail ola biliblər.

Bütövlükdə, son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.
Xatırladaq ki, Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb”. 

Millət vəkili onu da qeyd edib ki, Mərkəzi Asiyanın digər Türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb:

“İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib. 
Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qazaxıstan Türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhvə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı Türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

Voleybol millimiz bu gün finalda Türkiyə ilə qarşılaşacaq

Elektrik və hibrid avtomobillərin satışında YENİ REKORD

Elektrik və hibrid avtomobillərin satışında YENİ REKORD

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? - ARAŞDIRMA

Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? - ARAŞDIRMA

Qızılın qiyməti 4 200 dolları ötdü

Qızılın qiyməti 4 200 dolları ötdü

Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO

Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO

Gədəbəydə 7 otaqlı ev yandı

Gədəbəydə 7 otaqlı ev yandı

Bakının bu ərazilərində işıq OLMAYACAQ

Bakının bu ərazilərində işıq OLMAYACAQ

Generala ağır itki

Generala ağır itki

Valyuta məzənnələri – Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Valyuta məzənnələri – Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Tatlısesin sərvətinə həbs qoyulub?

Tatlısesin sərvətinə həbs qoyulub?

Ağstafada minik avtomobili aşdı - 5 nəfər xəsarət aldı

Ağstafada minik avtomobili aşdı - 5 nəfər xəsarət aldı

Burada qadınlar deyil, kişilər “gəlin” olur - Fotolar

Burada qadınlar deyil, kişilər “gəlin” olur - Fotolar

Səhnənin və sədaqətin simvolu – 80 illik yubileyini qeyd edən Elmira İsmayılovanın SƏNƏT HEKAYƏSİ

Səhnənin və sədaqətin simvolu – 80 illik yubileyini qeyd edən Elmira İsmayılovanın SƏNƏT HEKAYƏSİ

Bu şəxslər hərbi xidmətdən azaddır

Bu şəxslər hərbi xidmətdən azaddır

“WhatsApp”da YENİLİK – Hər kəs sizə yaza bilməyəcək

“WhatsApp”da YENİLİK – Hər kəs sizə yaza bilməyəcək

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyanı sınağa çəkəcək

DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyanı sınağa çəkəcək

Türkiyədə səhər saatlarında silsilə zəlzələlər oldu

Türkiyədə səhər saatlarında silsilə zəlzələlər oldu

Gəncədə 40 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə 40 yaşlı kişi xəstəxanalıq oldu

Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK

Dabaq xəstəliyinə görə bu məhsullara tələbat ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK

ABŞ-da şatdaun RƏSMƏN ləğv edildi - VİDEO

ABŞ-da şatdaun RƏSMƏN ləğv edildi - VİDEO

İnsanlar öz şüurlarını robotlara yükləyəcək? – Maskın GƏLƏCƏK PLANI

İnsanlar öz şüurlarını robotlara yükləyəcək? – Maskın GƏLƏCƏK PLANI

Narkologiya sahəsində kadr çatışmazlığı – Bu ixtisasa maraq niyə AZALIB?

Narkologiya sahəsində kadr çatışmazlığı – Bu ixtisasa maraq niyə AZALIB?

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 noyabrda baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO