Ev almaq istəyənlərə PİS XƏBƏR

“Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir”.

Bizim.Media xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:

“Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. “Neftçilər” metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.

2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il “Nərimanov” metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər “Leninqrad” layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir.

Yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil edir. 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur.

Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsiz evlə müqayisədə 500-600 manat artıqdır”.

Ramil Qasımzadə torpaq bazarındakı vəziyyətdən də danışıb. O bildirib ki, bu bazarda kritik durum hökm sürür:

“Artıq şəhərin mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil. 1 sotun qiyməti yerindən asılı olaraq 2 min manatdan başlayır, 650 min manata qədər təklif olunur. Qaradağda, Sabunçuda qiymətlər təxminən 2 min manatdır. Ətraf qəsəbələrdə bağ üçün olan torpaq sahələrinin orta qiyməti 5 min manatdır. Şəhərə doğru - Nizami, Xətai rayonunda 1 sot üçün qiymətlər 15-60 min manat arasında dəyişir. Nərimanov rayonunda 1 sot üçün qiymətlər 80-350 min manat, Nəsimi rayonunda 120-350 min manat, Səbaildə isə 500-600 min manat təşkil edir. Mərkəzdə kvadratmetri 8 min manata təklif olunan torpağa da rast gəlinir”.

“Qiymətlər hansı istiqamətdə dəyişə bilər?” sualına ekspert belə cavab verib:

“Mənzillərin qiyməti ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişir. Son vaxtlar İranın təhdidi, ictimai-siyasi vəziyyətin bir qədər gərgin olması daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Belə ki, gözləmə mövqeyinə çəkilənlər var. Gərginlik aradan qalxsa, qiymətlər artıma doğru gedəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

End of content

No more pages to load

RADİO