Azərbaycanla Tacikistan arasında anlaşma memorandumları imzalandı - FOTO 

Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib, iki ölkə anlaşma memorandumları imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, tədbir İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Forumda çıxış edən Dövlət Komitəsinin sədri Sadyi Kodirzod iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verib, biznes strukturlarının iştirakı ilə keçirilən işgüzar tədbirlərin Azərbaycan və Tacikistan sahibkarları arasında daha sıx əlaqələrin qurulması, əməkdaşlığın səmərəliliyinin artırılması üçün önəmini vurğulayıb. 

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Tacikistan arasında münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, dövlət başçılarının müxtəlif formatlarda keçirdikləri görüşlərin, xalqlarımız arasındakı dostluq münasibətlərinin birgə əməkdaşlığımızın əsasını təşkil etdiyini vurğulayıb.

Azərbaycanın Tacikistanla ikitərəfli iqtisadi əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Sahib Məmmədov:

“İki ölkə arasında sənaye, ticarət, kənd təsərrüfatı və digər sektorlarda əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bu potensialın reallaşdırılması üçün yeni imkanlar və geniş üfüqlər açır. Birgə təşəbbüslərin həyata keçirilməsində özəl sektorun fəallığı və işgüzar dialoqun genişləndirilməsi xüsusilə əhəmiyyətlidir”. 

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Cumaxonzod Camşed, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Aziz Nazar, İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Fuad Məhərrəmov, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Manuçehra Safarzoda, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Tacikistanın Turizm Komitəsinin sədri Kamoliddinzod Bahoddur və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə iqtisadiyyatın müvafiq sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.

Forumda, həmçinin, Azərbaycan və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş olunub. 

Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət ve Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" ASC və "Аmonatbonk" arasında anlaşma memorandumları imzalanıb. Forum B2B görüşlərlə davam edib. 
Səfər çərçivəsində S.Məmmədov Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ilə görüş keçirib.

Görüşdə ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrinə birbaşa təsir göstərən trendlər müzakirə olunub, bu müstəvidə mövcud resurslardan və imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb. Tərəflər iqtisadi-ticarət əlaqələrinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

End of content

No more pages to load

RADİO