Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edir - Peter Siyarto

"Macarıstan və Rumıniya Azərbaycanın təbii qazına ümid edirlər".

Bizim.Media xəbər verir ki, çərşənbə axşamı xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku ilə keçirilən görüşün yekunları ilə bağlı özünün "Facebook" hesabında yazıb.

"Macarıstan və Rumıniyanın taleyi təbii qaz tədarükünün təhlükəsizliyi baxımından əlaqəli olacaq, çünki hər ikimiz də bir tərəfdən Azərbaycanın təbii qazına ümid edir, digər tərəfdən isə Qara dənizdə dəniz yataqlarından hasilatın başladılmasını gözləyirik", - deyə o deyib.

Nazirin sözlərinə görə, Macarıstan və Rumıniya "ev tapşırıqlarını yerinə yetirərək" iki ölkənin qaz kəmərləri sistemini birləşdirən interkonnektorun ötürücülük qabiliyyətini 2,5 milyard kubmetrədək artırıblar.

"Qara dənizdən təbii qazı Macarıstan sərhədinədək nəql edə bilən boru kəmərinin inşası haqqında qərar qəbul edilib", - Siyarto əlavə edib.

Bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz nəqlinin başladılmasına dair siyasi razılaşma əldə olunub. Daha sonra tərəflər ildə təqribən 2 milyard kubmetr qaz nəqlinə dair uzunmüddətli saziş imzalayacaqlar. Qaz Türkiyə ərazisindən tranzit yolu ilə nəql ediləcək və müvafiq şirkətlər hazırda təfərrüatları müzakirə edirlər.

Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın Romgaz S.A. şirkəti arasında 1 aprel 2023-cü ildən 1 aprel 2024-cü ilədək Rumıniyaya Azərbaycan qazının nəqlinə dair imzalanmış müqavilə qüvvəyə minib.

2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlinə dair bu saziş fevralın 3-də imzalanıb.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 31 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə başladılıb. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrədək artırmaq imkan ilə 10 milyard kubmetr təşkil edir.

2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası Avropaya qaz tədarükünün 2027-ci ilədək ikiqat artırılması barədə razılığa gəlib. Bazar testinin məcburi mərhələsi tamamlandıqdan sonra TAP konsorsiumu genişlənmənin ilk mərhələsini başladıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Putinin həbs orderini verən prokurordan XƏBƏR VAR

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

End of content

No more pages to load

RADİO