Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün artıq "20 Yanvar" dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb:
"Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər sona çatacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək".
Bizim.Media