Zəminə Əliyeva: “İndiyədək TANAP və TAP ilə 43 mlrd kubmetrə yaxın qaz tədarük edilib”

İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bunu energetika nazirinin müşaviri Zəminə Əliyeva İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri. Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?” movzusunda panel sessiyada çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını şaxələndirən ölkədir:

“Azərbaycan kritik dövrdə qısamüddətli missiyasını Türkiyə ilə enerji birliyinin nailiyyəti olan Cənub Qaz Dəhlizi sayəsində uğurla yerinə yetirib”. 

Çıxışda enerji və geosiyasətin bağlılığında enerji çatışmazlığı, enerji tədarükü sistemində pozulmalar, qiymətlərdəki volatillik, neft-qaz axınları xəritəsinin yenidən tərtib edilməsi yeni enerji nizamının göstəriciləri kimi qeyd edilib. Bildirilib ki, belə bir enerji düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz resurslarından, onların təchizatçılarından asılılığa son qoyulması, təchizat boşluğunu qaza tələbatın azaldılması ilə kompensasiya cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət vermir. 

Ona görə də "yaşıl enerji" layihələrinə investisiyalar artırılarkən neft-qaz sektorunda investisiya boşluğunun həlli də düşünülməlidir. Bir mənbədən asılılığın riskli olduğu, bu səbəbdən də təbii qaz və bərpa olunan enerjidən istifadənin vəhdətdə inkişafının gözlənilməz risklərdən sığortalanmağın qarantı ola biləcəyi vurğulanıb. 
Z. Əliyeva bildirib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə reallaşdırılan ümumi gücü 25 QVt-dan çox bərpa olunan enerji layihələri ilə Avropanı "yaşıl enerji" və "yaşıl" hidrogen ilə təchiz etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr haqqında danışılıb və vurğulanıb ki, bunlar Azərbaycanın tərəfdaşlarının enerji və ekoloji təhlükəsizliklərinə töhfə verən uğurlu enerji siyasətinin daha bir təsdiqidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

End of content

No more pages to load

RADİO