Azərbaycan və Özbəkistan vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Özbəkistan arasında risklərin idarə edilməsi, vergi inzibatçılığında informasiya sistemlərinin tətbiqi, zəruri məlumatların əldə olunması zamanı digər dövlət strukturlarının məlumat bazaları ilə inteqrasiya, əlavə dəyər vergisinin inzibatçılığı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu məsələlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.
Görüşdə iki ölkə arasında vergi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

DVX rəisi Orxan Nəzərli ölkələrimizin bənzər iqtisadi çağırışlarla üz-üzə olduğunu qeyd edib və Azərbaycanın vergi sistemində aparılan işlər, həyata keçirilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətini məlumatlandırıb.

Görüş zamanı biznesin vergi öhdəlikləri sahəsinə nəzarət mexanizmləri, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş vergi alətlərinin tətbiqi, yüksək vergi riski olan müəssisələrə tətbiq edilən vergi nəzarəti tədbirləri, vergidən yayınmanın ümumi sxemlərinin müəyyən olunması və aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılması imkanları qeyd edilib.

Tərəflər xüsusi iqtisadi zonaların iştirakçıları üçün müəyyənləşdirilmiş vergi rejimləri və güzəştlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi inzibatçılığı, pərakəndə ticarət müəssisələrinin və xidmətlərin satışı üzrə dövriyyəyə vergi nəzarəti, banklarla məlumat mübadiləsi, nağd pulla həyata keçirilə bilən əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı milli təcrübələri müzakirə ediblər.

Xüsusilə, “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə strukturlararası əməkdaşlıq məsələsi diqqət mərkəzində olub.

Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədrinin birinci müavini Mubin Mirzəyev “kölgə iqtisadiyyatı” ilə bağlı məsələlərin vergi orqanları qarşısında duran prioritetlərdən olduğunu vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edib. DVX rəisi Orxan Nəzərli bu sahədə aparılan işlər barədə geniş məlumat verib.

Görüşdə ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, məlumat və təcrübə mübadiləsi sahəsində əlaqələrin genişləndirilməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

End of content

No more pages to load

RADİO