Riskli zonalarda tətbiq ediləcək məhdudiyyətlər - SİYAHI 

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qərarı Baş naziri Əli Əsədov imzalayıb.

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər aşağıdakılardır:

- öhdəlik daşıyan şəxslər tərəfindən gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin xüsusi tələblərini tətbiq etmək;

- öhdəlik daşıyan şəxslər tərəfindən maliyyə əməliyyatlarına dair hesabatı sistematik olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;

- yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutlarının törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin lisenziya verilməsindən imtina etmək və ya müvafiq maliyyə qrupunun (holdinqin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla həmin ölkənin (ərazinin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət sistemi ilə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyyət olduqda həmin maliyyə qrupuna münasibətdə sonuncunun tətbiqini təmin etmək;

- maliyyə institutlarının yüksək riskli zonada törəmə müəssisə, filial və ya nümayəndəlik yaratmasını qadağan etmək və ya müvafiq törəmə müəssisə, filial və ya nümayəndəliyin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tədbirləri tətbiq etmək;

- öhdəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə işgüzar münasibətləri və ya maliyyə əməliyyatlarını məhdudlaşdırmaq;

- öhdəlik daşıyan şəxslər tərəfindən müştərinin təqdimatı zamanı yüksək riskli zonanın öhdəlik daşıyan şəxsləri tərəfindən əldə edilmiş məlumata və sənədlərə güvənməmək;

- maliyyə institutlarının yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutları ilə müxbir münasibətlərinə yenidən baxmaq, dəyişdirmək və ya xitam vermək;

- yüksək riskli zonanın öhdəlik daşıyan şəxslərinin törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri üçün nəzarət tədbirlərini və (və ya) kənar audit tələblərini artırmaq;

- yüksək riskli zonada törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri olan maliyyə qruplarının kənar audit tələblərini artırmaq.

Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barəsində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.

Qeyd edilən məhdudiyyət və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər hissələrdə qeyd edilən məhdudiyyət və xüsusi tələblər isə birbaşa olmaqla Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq edilir.

Qeyd edək ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilər yüksək riskli zonalar hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

End of content

No more pages to load

RADİO