Artıq ödənilmiş vergilərin qaytarılması üçün yeni MEXANİZM HAZIRLANIB

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xidmətin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq.

Yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur.

Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq.
Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçiləcək və sistemdə təsdiq əməliyyatı yerinə yetiriləcək.

Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunacaq və vergi ödəyicisinə bildiriş göndəriləcək.

Ərizə vergi ödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər.

Ərizə vergi ödəyicisi tərəfindən təsdiqləndikdə müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına veriləcək və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndəriləcək.

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergi ödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur.

İlk növbədə, vergi ödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergi ödəyicisi olmamalı, riskli vergi ödəyicisindən elektron qaimə-faktura əldə etməməli, açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalı, bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı olmamalı və bəyannamələr üzrə vergi yaradan risklər olmamalıdır.

Digər vergi ödəyiciləri üzrə artıq ödənilmiş vergilərin qaytarılması müvafiq qaydalarda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.

Qeyd edək ki, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” istifadəyə verilib.
Vergi ödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər. 

“Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların Dövlət Vergi Xidmtinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

End of content

No more pages to load

RADİO