Ağsuda KOB dostu fəaliyyətə başladı – FOTO 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesinin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri öyrənmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaq olub.

Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların və biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərşivəsində sahibkarlara yerində dəstək göstərilməsi məqsədilə fəaliyyətə başlayan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
Ağsu KOB dostu Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü mərkəzdir. Ümumilikdə, KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda ölkənin 39 şəhər və rayonunu əhatə edir.

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edib.

Bildirilib ki, KOB dostları mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir.

Ağsu rayonunun biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılması üçün KOB dostlarının dəstəyini vurğulayıb, sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların inkişaf etdiyini və rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Qeyd olunub ki, Ağsuda fəaliyyətə başlayan KOB dostu sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaq.

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə film nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu ofisi ilə tanış olublar.
Ofisdə sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

End of content

No more pages to load

RADİO