Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
Bizim.Media xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb.
Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.
"Fitch"- ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.
Bizim.Media