"Şuşada elektrik yarımstansiyası inşa edilir” - Prezident

"Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir.

Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.

Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq.

İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb.

“Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir" - Prezident


"Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir.

Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər.

Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik", - dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Tramp Vensi “Çar” təyin etdi

Tramp Vensi “Çar” təyin etdi

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

End of content

No more pages to load

RADİO