Qaz qurğularına dair tələblər təsdiq EDİLDİ

Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu tələblər qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan məişət və sənaye qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələbləri müəyyən edir.
Qaz qurğularının sertifikatlaşdırılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır.

Yeni tikilən və ya yenidən qurulan qaz qurğularının layihələndirilməsi Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilir.

Qaz qurğularının tikintisinə və qurulmasına dair tələblər aşağıdakılardır:

- Qaz qurğularının tikinti-quraşdırma işləri tikinti obyektlərinin qaz təchizatına dair layihə sənədinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun həyata keçirilir.

Qaz qurğularının tikinti-quraşdırma işləri aşağıdakı tələblərə cavab verməlidir:

-qaz qurğuları tikinti obyektinin qaz təchizatı layihəsi ilə müəyyən edilmiş yerlərdə (otaqlarda) quraşdırılmalı;

- tikinti obyektinin təyinatına uyğun olaraq qaz qurğularının quraşdırıldığı yerlərin (otaqların) hündürlüyü, həcmi, havalandırılması (ventilyasiyası), təbii və süni işıqlandırması qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olmalı;

- qaz qurğularının quraşdırılması zamanı tikinti obyektinin qaz təchizatı layihəsində spesifikasiyası (təsnifatı və xarakteristikası) göstərilən materiallardan və məmulatlardan istifadə edilməli;

- qaz qurğularının quraşdırılmasında istifadə olunan materialların və məmulatların uyğunluq sertifikatı olmalı;

- qaz qurğularının quraşdırılmasında yalnız sertifikatlaşdırılmış və yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə uyğun materiallardan və məmulatdan istifadə edilməli.

Tikinti obyektində quraşdırılan qaz qurğuları “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş texniki reqlamentlərə (texniki reqlamentlər qüvvəyə minənədək dövlət standartlarına) cavab verməlidir.

Qaz qurğularının tikinti-quraşdırma işləri Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması sahəsində fəaliyyət göstərmək üçün lisenziya almış podratçılar tərəfindən həyata keçirilir.

Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

İstehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.

Qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına dair tələblər müəyyənləşib.

Qaz qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar edilməlidir. İstehlakçılar tərəfindən qaz qurğularının istismarına və onların işçi vəziyyətdə saxlanılması üçün aşağıdakı tələblərə əməl edilməlidir:

-yalnız ixtisaslaşmış podratçılarla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən yaşayış sahəsində 4 qaz qurğularının təmiri və onlara texniki xidmət göstərilməsi həyata keçirilməlidir;

- qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl edilməli;

-azyaşlı uşaqların, öz hərəkətlərinə nəzarət edə bilməyən və qaz qurğularından istifadə qaydaları ilə tanış olmayan digər şəxslərin qaz qurğularından istifadə etmələrinə yol verilməməlidir;

-istehlakçıların qaz qurğularının işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi məqsədilə Qanuna uyğun olaraq qaz paylayıcısı tərəfindən qaz qurğularına keçirilmiş müayinə nəticəsində aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması və qaz qurğularına texniki xidmətin həyata keçirilməsi üçün Qanunla müəyyən edilmiş tədbirlər görülməlidir;

-qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğusundan istifadəni dayandırmalı, qurğuya gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verilməlidir;

- qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər edilməməli və onların avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələri ləğv edilməməlidir;

- işə salınmış qaz qurğuları nəzarətsiz qoyulmamalıdır (daimi fəaliyyət üçün nəzərdə tutulmuş və müvafiq avtomatlaşdırma ilə təchiz edilmiş qaz qurğuları istisna olmaqla);

-qaz qurğularından yalnız təyinatına uyğun məqsədlər üçün istifadə edilməlidir;

- elektrik və istilik enerjisi qurğularının yerləşdiyi tikinti obyektlərinin qaz qurğularına münasibətdə əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 2.4.1.29-cu və 3.11.2.24-cü yarımbəndləri ilə müəyyən edilmiş tələblər yerinə yetirilməlidir.

Sənaye qaz qurğularına münasibətdə qaz qurğularının istismarı prosesində əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndi ilə müəyyən edilmiş tələblər yerinə yetirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Gələn həftə yenidən görüşəcəklər

Gələn həftə yenidən görüşəcəklər

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

End of content

No more pages to load

RADİO