Ağdaşda Aqrar İnnovasiya Festivalı KEÇİRİLDİ - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların İcra Hakimiyyətinin rəsmiləri və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin 10-dan çox tabeli qurumu, o cümlədən Elmi-Tədqiqat İnstitutları, AXA, AKİA, Aqrar Sığorta, Süni Mayalandırma Mərkəzi, Dövlət Toxum Fondu həmçinin 50-dən çox yerli və xarici şirkət iştirak edib. 

Qeyd olunan qurum və şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib.

Eləcə də kənd təsərrüfatı istehsalçılarının zəruri və müasir kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı istehsalçılarının əkinçilikdə tələb olunan mineral gübrələrlə təmin edilməsi istiqamətində festivala yeni qoşulan şirkətlər tərəfindən müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatların nümayişi edilib.

Festivalda innovativ texnologiya və məhsulların nümayişi, həmçinin ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə məlumat sessiyaları keçirilib.
Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri “Kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər” və “Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri” barədə fermerləri maarifləndirib və təşviqatını həyata keçirib.

Eyni zamanda Qızıl Xaç Komitəsi tərəfindən “Kənd təsərrüfatında tətbiq olunan texnologiyalar və fermerlərə dəstək”, Aqrar Təlim Mərkəzi tərəfindən “Taxıl əkinlərində optimal müddətdə aqrotexniki qulluq işlərinin aparılması”, eləcə də yerli və xarici tərəfdaş şirkətlər tərəfindən “Sadə üsulla heyvanlar üçün yemin hazırlanması”, “Yeni süd sağım texnologiyaları”, “İnnovativ suvarma texnologiyaları” mövzularında təlimlər keçirilib. 

Festivalda bitkiçilik, yemçilik və toxumçuluq, tingçilik, bitki mühafizə vasitələri istiqamətləri ilə yanaşı heyvandarlıq sahəsinə dair yeniliklər sərgilənib.

Süni Mayalandırma Mərkəzi tərəfindən süni mayalandırma və embrion köçürülməsi yolu ilə doğulan mələzlər nümayiş edilib. Eləcə də festival zamanı Baytarlıq və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri səyyar baytarlıq xidmətini həyata keçirib.
Müraciətə əsasən Ağdaş rayonunun Ləki kəndindəki fermer təsərrüfatına baxış keçirilərək lazımi tədbirlər görülüb. Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları eləcə də ali təhsil müəssisələri öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

“Ay Allah. İçərişəhərdə parklanma lap "su" qiymətinədir"

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Rusiyada “Santa-Barbara”: Keçmiş sevgililər bir-birinə 50 min rubl ödəyəcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Binəqədidə anbar yanır - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

Bu yolda sürət həddi bərpa edildi

Bu yolda sürət həddi bərpa edildi

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Sabah Azərbaycanın rayonlarına yağış və qar yağacaq - PROQNOZ

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

Dağıstanda 100 ilin ən güclü daşqını: Fəlakət Çeçenistan və İnquşetiyaya da yayıldı - VİDEO

End of content

No more pages to load

RADİO