Dövlət sektorunda işləyənlərin 75.3 faizinin özünün, ya ailə üzvünün kredit borcu var - SORĞU

Mərkəzi Bankın 30 noyabr 2022-ci il tarixinə olan məlumatına əsasən, bankların kredit portfeli il ərzində 3 milyard manat və ya 18.1% artaraq 19.7 milyard manat təşkil edib.

Sosial Tədqiqatlar Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, hesabat dövründə bankların kredit portfelində artım əsasən istehlak və ipoteka kreditlərinin artmasından qaynaqlanıb.

Belə ki, dövr ərzində kredit portfelinin tərkibinin əhəmiyyətli hissəsini (56%) təşkil edən biznes kreditlərində artım 12.7% və ya 1.2 milyard manat olduğu halda, istehlak kreditləri üzrə 27.7% və ya 1.2 milyard manat, ipoteka kreditləri üzrə isə 21.9% və ya 0.5 milyard manat qeydə alınıb.
Bundan əlavə, ilin 11 ayı ərzində bank müştərilərinin sayı 1.1 milyon nəfər və ya 0.9% artaraq 13.6 milyon nəfərə (99%-i fiziki şəxslər olmaqla) çatmışdır.

Mövzunun aktuallığını nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ev təsərrüfatlarının kredit borcuna dair məlumatları öyrənmək məqsədilə növbəti rəy sorğusunu keçirib.

Qeyd edək ki, burada kreditin istehlak, ipoteka, kommersiya və digər növləri üzrə təyinatından asılı olmayaraq, ümumi dəyərləndirmə aparılıb. Əldə olunan nəticələrin ilkin təhlilinə görə, “Özünüzün, yaxud ailə üzvünüzün hazırda kredit borcunuz varmı?” sualına iştirakçıların 57.7 %-i “bəli”, 42.0%-i “xeyr” cavabı verib.

Nəticələrə əsasən, dövlət sektorunda işləyənlərin 75.3%-i özünün və ya ailə üzvünün kredit borcunun olduğunu bildirib. Bu göstərici özəl sektorda (muzdlu) işləyənlər üzrə 60.5%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 53.0% təşkil edib.

Nəticələri respondentlərin yaşayış məntəqəsinin növü üzrə nəzərdən keçirdikdə, kənddə yaşayanların 48.7%-i, şəhərdə məskunlaşanların 61.3%-i özünün və ya ailə üzvünün kredit borcu olduğunu ifadə edib.
Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO