“TANAP” və “TAP” böyük strateji planın başlanğıcıdır – Azərbaycanı nə gözləyir?

Trans-Anadolu (TANAP) qaz boru xətti və onun davamı hesab olunan Trans-Adriatik (TAP) kəməri Azərbaycanın qazının Avropa ötürülməsi istiqamətində mühüm addım hesab olunur.

Boru kəmərləri vasitəsilə Azərbaycan qazının Avropaya ötürülməsi layihəsi öncəliklə Avropa ölkələrinin təbii yanacağa olan ehtiyaclarının ödənilməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına hesablanmış addımdır. 

Bu vaxta qədər Avropa ölkələri öz təbii qaz ehtiyaclarını Rusiyanın Ukrayna ərazisindən keçən “Dostluq” boru kəməri vasitəsilə təmin edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

İtaliyanın Azərbaycana hansı faydaları ola bilər - İqtisadçı alim danışdı


Lakin Qərb və Rusiya arasında münasibətlərin soyuqlaşması nəticəsində adı çəkilən qaz boru kəməri yenidən gündəmə gəldi.

Rusiya Mərkəzi və Şərqi Avropa ölkələrinin əsas enerji təhcizatçısı olmağa davam etdiyi müddətcə bu ölkələrin Rus qazından asılılığı da davam edəcəkdi.

Xüsusilə enerji asılılığı bir sıra Avropa ölkələrinin Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsinə imkan vermirdi.

Nüvə enerjisindən tədricən imina etməyə çalışan Avropanın inkişaf etmiş sənaye dövlətləri öz enerji ehtiyaclarını bir mənbə ilə sərhədləməyin təhlükəli olduğunu çox yaxşı başa düşürdü. 

Bu baxımdan Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı strateji planı 2 hissəlidir.

İlk hissə TANAP və TAP layihələrinin həyata keçirilməsi və 2020-ci ilin sonlarında Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə yekunlaşıb.

 

“TANAP və “TAP”-ın daxil olduğu “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın Rusiyadan enerji cəhətdən asılılığını azaltmağı hədəfləyir. Avropa ilə enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın da Qərbdəki mövqeyinin möhkəmlənməsinə imkan verir.


Avropanın enerji təhlükəsizliyi ilə bağlı strategiyasının II hissəsi isə bundan sonra başlayacaq.

Belə ki, Azərbaycan hazırda 2,6 trilyon kubmetr həcmindəki təbii qaz ehtiyyatları ilə “Cənub Qaz Dəhlizinin” əsasını təşkil edir. Lakin Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin başlanğıc halqasıdır.

Avropanın əsas məqsədi iqtisadiyyatın bir mənbədən asılılığını mümkün odluğu qədər azlatmaqdır.

Enerji mənbələri nə qədər çoxşaxəli olarsa, Avropa iqtisadiayyatına birbaşa təzyiq mexanizmləri bir o qədər azalacaq və davamlı inkişaf təmin olunacaq. 

Yeni strateji planda Avropanın hədəflərinə dəhlizin sərhədləri Orta Asiyaya və Şərqi Aralıq dənizi hövzəsinə qədər genişləndirilməsi daxildir.

 

Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin nizamlanması və Şərqi Aralıq dənizi qaz hövzəsində fəallığın gücləndirilməsi Avropanın gələcək planları barəsində ilkin mənzərəni yaradır. 


Xəzər hövzəsi və xüsusilə də Azərbaycan Avropanın enerji təminatının mərkəzi fiqurudur.

Çünki 1994-cü ildən etibarən enerji infrastrukturunun yaradılması məhz Azərbaycandan başlanılıb.

Avropa-İran və Avropa-Rusiya arasındakı soyuqluğu nəzərə aldığımızda Orta Asiya enerji mənbələrinə çıxış da məhz Azərbaycan üzərindən reallaşdıırlmalıdır.

Xüsusilə 44 günlük müharibədə Azərbaycanın qalib gəlməsi və bölgədə əsas münaqişə ocağını sonlandırması da enerji xətlərinin təhlükəsizliyi baxımından olduqca önəmlidir.

Bu amil Avropanın enerji təhcizatının təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun daha da artacağını göstərir. 

Əgər əvvəllər Avropa Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi kontekstində qiymətləndirirdisə, artıq Azərbaycanın bu problemi həll etməsi Avropa ilə fərqli konteksdə və bərabərhüquqlu əməkdaşlığı şərtləndirəcək. 

Amma Avropanın enerji təhlükəsizliyi istiqamətindəki strateji planda rolu və çəkisi artan Azərbaycana qarşı fərqli təzyiq mexanizmlərinin yaradılması da stisna deyil.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

Müharibəyə görə 4 azərbaycanlının əmlakı müsadirə olundu

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” – FOTOLAR

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Qərb kinosunun “Xaç atası” – Aktyorun meyiti niyə yandırıldı?

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Tramp Vensi “Çar” təyin etdi

Tramp Vensi “Çar” təyin etdi

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

End of content

No more pages to load

RADİO