Ötən il Audiovizual Şura 52 min manata yaxın vəsaiti dövlət büdcəsinə qaytarıb

Azərbaycan Respublikası Audiovizual Şurasına 2022-ci il hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 1979785,00 (bir milyon doqquz yüz yetmiş doqquz min yeddi yüz səksən beş manat), nəqliyyat vasitələrinin icbari sığortası üçün 598,50 (beş yüz doxsan səkkiz manat əlli qəpik), beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün isə 62000,00 (altmış iki min) əlavə vəsait, ümumilikdə 2042383,50 (iki milyon qırx iki min üç yüz səksən üç manat əlli qəpik) vəsait ayrılıb.

Bizim.Media Şuraya istinadən xəbər verir ki, Maliyyə və təminat şöbəsi tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitə və işçilərin say həddinə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunmuşdur.

Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuş və açılmış kreditdən istifadə olunub.
2022-ci il ərzində büdcədən maliyyələşdirilmiş 2042383,50 (iki milyon qırx iki min üç yüz səksən üç manat əlli qəpik) vəsait təyinatı üzrə istifadə olunub, istifadə olunmayan 51664,64 (əlli bir min altı yüz altmış dörd manat altmış dörd qəpik) vəsait dövlət büdcəsinə qaytarılıb.

Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2022-ci il ərzində verilmiş lisenziyalardan Şuranın xəzinə hesabına ümumilikdə 41500,00 (qırx bir min beş yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

2022-ci ilin yanvar ayından etibarən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı sənədi, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun olaraq, 8 saylı Xəzinədarlıq İdarəsinə təqdim olunub.

Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əmək haqqı cədvəlinə əsasən, işçilərə əmək haqqı və digər sosial ödənişlər vaxtında ödənilib. Ştatdankənar işçilərin (ekspert qrupu) fəaliyyət göstərməsi üçün maliyyələşmə açılmış və təyinatı üzrə ödənişlər həyata keçirilib.

Əmək haqqından tutulmuş üzvlük haqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta haqqı, İcbari tibbi sığorta, gəlir vergisi) də vaxtında ödənilib.

Xərc maddələri üzrə: inzibati binanın icarəsi, rabitə xərcləri, işıqdan, qaz və sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətlərinə görə ödənişlər vaxtında həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi texniki vəsaitlər və avadanlıqlar alınıb.
Aylıq hesabatlar Maliyyə şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə, rüblük hesabatlar hər rübün sonunda Azərbaycan Respublikası Hesablama Palatasına, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, illik hesabatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilib.

"İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları"na uyğun hesabatlar isə müvafiq formalara uyğun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hesablama Palatasına təqdim olunub.

Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin 01 noyabr 2022-ci il tarixli 018 saylı Sərəncamına əsasən, komissiya tərəfindən 30.12.2022 tarixinə mal-materialın, əmlakın (qiymətlilərin) inventarizasiyası aparılmışdır.
Köhnəlmiş, istifadəyə yararsız inventarların, mal-materialların və əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib olunub.

Azərbaycan Respublikası Audiovizual Şurasının 2022-ci ildə xərc maddələri üzrə maliyyələşmə və faktiki xərcləri əlavə olunan cədvəldə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

End of content

No more pages to load

RADİO