"Qubanın iqtisadi potensial böyükdür. Ona görə də gələcək planlarımız barədə danışarkən buraya investisiya qoyulmasını mümkün sayıram".
Bizim.Media-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanıın Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Quba turizm rayonu olduğundan xüsusilə bu sahəyə investisiyalar qoyulacaq.
Xatırladaq ki, bu gün səfir Qubaya səfər edib. O, "Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, "Qədim Quba" xalçaçılıq sexi və Cümə məscidində olub.
Bizim.Media