Faiq Osmanlı: “Kreditlə saldığımız bağlarda ölkədə indiyədək becərilməyən bir çox meyvələr yetişdiriləcək”

2018-ci ildən bugünədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb. 

Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq. 

Bizim.Media xəbər verir ki, “Vergilər.az” ötən gün bununla bağlı geniş yazı dərc edib. Materialı olduğu kimi təqdim edirik: 

Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisi getdikcə artır və bunda aqrar sahədə yerli istehsalın genişlənməsinin mühüm rolu var. Ölkədə aqrar sahənin dəstəklənməsi üçün aparılan islahatlar, kənd təsərrüfatı istehsalçılarına verilən xüsusi güzəştlər və digər stimullaşdırıcı iqtisadi tədbirlər yerli istehsalın həcminin ildən-ilə çoxalmasına, sahibkarlığın inkişafına böyük təkan verir. 

Dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu dəstək mexanizmlərindən faydalanan sahibkarların sayının da artmasına səbəb olur. 2018-ci ildən bugünədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb. 
Dövlətdən aldığı kredit hesabına təsərrüfatını genişləndirən sahibkarlıq subyektlərindən biri də meyvəçilik və əkinçilik sahəsində fəaliyyət göstərən “AZORGANIK” kənd təsərrüfatı korperatividir. Bir necə sahibkarı ətrafında birləşdirən korporativə Göyçay, Ağdaş, Goranboy və Astara rayonlarındakı meyvə bağları və illik əkin sahələri daxildir. Korporativ hər rayonda oranın iqlim şəraitinə uyğun meyvə bağları (məsələn, Göyçayda nar, nektarin, şaftalı; Ağdaşda heyva, nar, xurma, alça bağları və s.) salıb. 

“AZORGANIK” Kənd Təsərrüfatı Korperativinin sədri Faiq Osmanlı son dövrlərdə dövlətin belə korporativləşməyə önəm verdiyini, dövlət qurumlarının onların təsərrüfatlarının qurulmasına böyük dəstək göstərdiyini deyir. Korporativin fəaliyyətinə aqrotexniki dəstəyi Kənd Təsərrüfatı Nazirliyi, maliyyə dəstəyini isə İqtisadiyyat Nazirliyi göstərir. 

F.Osmanlı son illərdə sahibkarlığa dövlətin dəstəyinin artdığından xüsusilə razıdır. Onun sözlərinə görə, şəffaflaşma sayəsində sahibkarların işləri daha da rahatlaşır. 

“İstər hüquqi, istər texniki, istərsə də maddi formatda olsun - bütün sahələrdə prosedurların asanlaşdığını hiss edirik. Subsidiyalarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə güzəştli şərtlərlə 200 min manat həcmində kreditlərdən istifadə etmişik, Sahibkarlığın İnkişafı Fondundan aşağı faizlərlə kreditlər almışıq. Ən böyük dəstəklərdən biri kənd təsərrüfatı sahəsində çalışan fermerlərin gəlir vergisindən azad olmasıdır”. 

“AZORGANIK” sonuncu dəfə bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə aldığı 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 45 hektar ərazidə avokadonun, 10 hektar ərazidə isə yeni limon sortlarının yetişdirilməsi üçün bağ salır.
Dövlətin ayırdığı krediti yeni təsərrüfatların qurulması üçün böyük dəstək sayan sahibkar deyir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü ölkəmizdə yetişdiriləcək:

“Bəzi meyvələr, məsələn, banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir. Buna görə də bizim layihəmiz iki mərhələdən - açıq ərazidə və istixana şəraitində bağların salınmasından ibarət olacaq. İlk mərhələnin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyi dəstək göstərib. Layihəmiz uğurla davam edir, artıq avokado və limon bağlarının salınması prosesi yekunlaşıb. Layihəmizin ikinci mərhələsində istixana şəraitində banan, pitaya və papaya meyvələri yetişdiriləcək. Bununla bağlı banklarla və İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparırıq. Layihəmizin ikinci hissəsinə dəstək alsaq, onu çox qısa zaman ərzində həyata keçirə, bu ilin sonunda ilk banan və pitaya məhsullarımızı əldə edə bilərik”. 

F.Osmanlının sözlərinə görə, yeni saldıqları bağdan əldə edəcəkləri meyvələrin satışına və ixracına təxminən 3 il sonra başlayacaqlar:

“Sadaladığım meyvələrin hamısı ölkəyə idxal edilir. Bu idxalın bir qisminin qarşısını alsaq, ölkədən valyuta çıxmasının da qarşısı müəyyən qədər alınar. Tinglərini əkdiyimiz meyvələrə həm daxili, həm də xarici bazarda yetərincə tələbat var. Ona görə məhsulumuzu istər daxili, istərsə də xarici bazarda rahatlıqla sata biləcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

End of content

No more pages to load

RADİO