Azərbaycanda inflyasiyanın səviyyəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Son 2 ayda Azərbaycanda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalir və növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) bəyan edib. 

"Bu ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması, faiz dəhlizinin parametrlərinin qısamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldırılması istiqamətində qərar qəbul olunub.

Faiz dəhlizin parametrlərinin dəyişdirilməsi eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir. 

Pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək", - deyə açıqlamada qeyd olunub. 

"Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15,1% təşkil edib. İllik baza inflyasiya 14,7% olub. İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. 

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artıb, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalmış, tikintidə isə azalıb. 
Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15,6%) çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır", - deyə AMB qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toy karvanında yola pul səpənlərlə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

Toy karvanında yola pul səpənlərlə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda – FOTO

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda – FOTO

Prezidentdən beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏT

Prezidentdən beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏT

Azərbaycan HHQ komandanı Türkiyə şəhidləri ilə vida mərasimində iştirak edir

Azərbaycan HHQ komandanı Türkiyə şəhidləri ilə vida mərasimində iştirak edir

Xidmətə yararsız gənci əsgərliyə göndərən – 2 həkim cəzalandırıldı

Xidmətə yararsız gənci əsgərliyə göndərən – 2 həkim cəzalandırıldı

Göygölün yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Göygölün yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Rusiya Kiyevə hücum etdi: Ölənlər və yaralılar var – VİDEO

Rusiya Kiyevə hücum etdi: Ölənlər və yaralılar var – VİDEO

Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS VERDİ - VİDEO

Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS VERDİ - VİDEO

7 gün TƏTİL olacaq – RƏSMİ

7 gün TƏTİL olacaq – RƏSMİ

Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır – Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır – Həkimdən XƏBƏRDARLIQ

Tərtərdə narkotik satan şəxs saxlanıldı – FOTO

Tərtərdə narkotik satan şəxs saxlanıldı – FOTO

FHN-dən uşaqları nəzarətsiz qoyan valideynlərə ÇAĞIRIŞ

FHN-dən uşaqları nəzarətsiz qoyan valideynlərə ÇAĞIRIŞ

Toy karvanında “avtoş”luq edib yola pul səpdilər – VİDEO

Toy karvanında “avtoş”luq edib yola pul səpdilər – VİDEO

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir – VİDEO

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir – VİDEO

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Rusiyada yüksək vəzifəli şəxsi öldürmək istəyən Ukrayna agentləri tutuldu – ANBAAN VİDEO

Rusiyada yüksək vəzifəli şəxsi öldürmək istəyən Ukrayna agentləri tutuldu – ANBAAN VİDEO

SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO

SON DƏQİQƏ! ABŞ Venesuelada əməliyyatlara başladı – FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

DÇ-2026: Gecənin nəticələri

DÇ-2026: Gecənin nəticələri

Naxçıvanda bu il ən çox verilən qız və oğlan adları AÇIQLANDI – SİYAHI

Naxçıvanda bu il ən çox verilən qız və oğlan adları AÇIQLANDI – SİYAHI

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət etdi – FOTO

Yol Polisindən piyadalara XƏBƏRDARLIQ

Yol Polisindən piyadalara XƏBƏRDARLIQ

“Cəfər Cabbarlı”dakı tüstülənmə ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

“Cəfər Cabbarlı”dakı tüstülənmə ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Prezidentin köməkçisi daha bir başçını kollektivə təqdim etdi - Foto

Prezidentin köməkçisi daha bir başçını kollektivə təqdim etdi - Foto

End of content

No more pages to load

RADİO