Baş nazir: "Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir" - FOTO 

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Bizim.Media xəbər verir ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.

Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

Ə.Əsədov regionlararası əməkdaşlıqdan danışıb:

“Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.
Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıblar.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir.

Vurğulanıb ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilib. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirib.

Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulanıb, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğulayıb. "Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək", - deyə Azərbaycanın Baş naziri əlavə edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzalayıblar.
Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

End of content

No more pages to load

RADİO