Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu? 

Azərbaycanda heç bir bank rus rublunu konvertasiya etmir. 

Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, vətəndaş əlində rus rubulu bütün bankları gəzsə də hamısı bu valyutanı mübadilə etməkdən boyun qaçırıb. Baxmayaraq ki, bütün banklarda rus rubulunun rəsmi məzənnəsi elektron ekranlarda göstərilir. Banklardan sadəcə olaraq bildiriblər ki, biz rus pubulunun məzənnəsini Mərkəzi Bankın tələbinə uyğun olaraq formal qaydada lövhədə əks etdirmişik, mübadilə əməliyyatı isə aparmırıq.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya qazını niyə rubla satmaq istəyir? – Şərtin arxasındakı PLANLAR


Bəs onda ölkəyə gələn rusiyalı turistlər, yaxud bu ölkədə işləyib pul qazanaraq Azərbaycana qayıtmış soydaşımız pulunu necə konvertasiya edə bilər? Məlumdur ki, Rusiyada da dollara məhdudiyyət olduğundan valyuta dəyişilmir.

Məsələni daha da konkretləşdirərək ekspertimizə belə bir sual ünvanladıq:

Rus rubulunun konvertasiya edilməməsi rəsmi qadağadır yoxsa, bankların öz seçimi? Rus rubulunu mübadilədən imtina edən bank hansısa qanunu pozmuş olmur ki?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirir ki, məsələ ilə bağlı heç bir qadağa yoxdur.

“Mərkəzi bankın məzənnəsi tədqiq olunur və rəsmi məzənnəyə görə rubl 0.027 qəpikdir. Sadəcə hamı başa düşür ki, Rusiya rublunun həqiqi məzənnəsi bu deyil. Rusiya dövləti bir tənzimlənən məzənnə tətbiq edir, lakin bu gün Rusiya rublunun həqiqi məzənnəsini heç kəs bilmir. Çünki Rusiyanın özünə xaricdən valyuta daxil olmur.

Bunun obyektiv səbəbləri də Ukraynadakı müharibə və bunun fonunda Rusiyaya tətbiq edilən sanksiyalardır ki, banklar da rubl dəyişməyə risk eləmir”.

Ekspert qeyd edir ki, maliyyə sisteminə yaxın olan insanlar panikadan istifadə edib əlindəki valyutanı rubla dəyişmək istəyən şəxsləri qara bazara göndərirlər:

“Əslində ölkədə kiminsə hesabına rubl daxil olubsa, xaricdən rubl gəlibsə, bank rəsmi məzənnə ilə təqdim edilən məbləği konvertasiya edib verməlidir”.

Yaranmış problemlə bağlı Azərbaycan Mərkəzi Bankı ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev məsələni araşdırıb aydınlıq gətirəcəklərini dedi. Mərkəzi Bankın cavabını gözləyirik.

Qeyd edək ki, rublun alış və satış qiyməti 0.027 və 0.028 azn olduğu halda qara bazarda bu 0.022 azn-dir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

End of content

No more pages to load

RADİO