Füzuli-Şuşa avtomobil yolunun ilkin mərhələsi yekunlaşıb - FOTO

Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir.   

Agentlikdən Bizim.Media-ya bildirilib ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə hava limanının tikintisi sürətləndiriləcək


İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.

Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib.

2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir.

Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü km-lik hissələri, “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci km-lik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 km-lik hissəsidir.

Hazırda yolun 0-3, 34-37 və 51-53-ci km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti kilometrlik ərazilərdə bu istiqamətdə işlər davam etdirilir.

Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur.  

Şuşanın düşməndən azad olunmasının mənəvi rəmzi olan və 101 km uzunluğa malik “Zəfər Yolu”nun dövlət başçısının tapşırığına əsasən, genişləndirilərək II texniki dərəcəyə uyğun inşası da davam etdirilir.

Artıq “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və sözügedən yol ilə gediş-gəliş təmin olunub.

“Zəfər yolu”nun Əhmədbəyli-Böyük Tağlar yaşayış məntəqələri arasında yerləşən hissəsində tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyü ilə döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

"Qızım mənə "ana" demir"

"Qızım mənə "ana" demir"

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

End of content

No more pages to load

RADİO